Kreml İstanbulda Rusiya-Ukrayna görüşünə dair xəbəri təsdiqləməyib
Hesablama Palatası və DVX arasında Anlaşma Memorandumu imzalanıb
Karapetyanın şirkəti “Ermənistan elektrik şəbəkələri”ni idarə etməkdən məhrum edilib
FHN təmsilçisi VI İslam Həmrəyliyi Oyunlarında bürünc medal qazanıb
Litva NATO-dan zenit qaçaqmalçılığı qrupu yaratmağı xahiş edib
31 Oktyabr 2020 12:56
2 121
Biz ermənilərə qarşı etnik təmizləmə aparmamışıq, etnik təmizləməyə məruz qalan biz olmuşuq.
Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 28-də Almaniyanın ARD televiziya kanalına müsahibəsində jurnalistin "Bu insanlar Sizin hərbi əməliyyatlara, dedikləri kimi etnik təmizləməyə məruz qalırlar?" sualına cavabında deyib.
Dövlət başçısı bildirib:
"Biz etnik təmizləməyə məruz qalmışıq. Onlar Dağlıq Qarabağı və 7 ətraf rayonu işğal edəndə, bu 7 rayonda, o cümlədən Dağlıq Qarabağın bir hissəsi olan Şuşada 750 min azərbaycanlı etnik təmizləməyə məruz qaldı. Etnik təmizləməyə məruz qalan biz olmuşuq. Biz ermənilərə qarşı etnik təmizləmə aparmamışıq və bunu indi də etməyi planlaşdırmırıq. Çünki mən demişəm ki, biz birlikdə yaşamalıyıq. Bu, asan olmayacaq. Lakin biz öyrənməliyik".