Erməni hannibalizmi Layihə

Erməni hannibalizmi

Dünya mətbuatı da erməni vəhşiliyindən yazıb

Xocalı soyqırımından 28 il ötür və bu illər ərzində ermənilərin azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti bütün aspektlərdə araşdırılıb, səbəbləri və hədəfləri aydınlaşdırılıb, dünyanın müxtəlif ölkələri və bir sıra beynəlxalq strukturlar bu soyqırımına hüquqi qiymət verib. Lakin Xocalı soyqırımını dünyada baş vermiş digər soyqırımılardan fərqləndirən erməni fəhşiliyinin səbəbləri hələ də açıq olaraq qalmaqdadır.
Nasistlər yəhudilərə qarşı soyqırımı konslagerlərdə həyata keçirir, qaz otaqlarında öldürərək ocaqda yandırmaq kimi qətl üsullarından istifadə edir, əksər hallarda isə boyunlarının ardından güllə ilə qətlə yetirirdi...
Serblər Srebrenitsada bosniyalı müsəlmanları silah və ağır texnika ilə məhv etdi.
II Dünya müharibəsindən sonra Mərkəzi və Şərqi Avropadakı almanlar SSRİ rəhbərliyi tərəfindən sürgün edildi və nəticədə 2 milyona yaxın insan sağ çıxmadı. Sürgünlə soyqırımı siyasəti ilə SSRİ dövründə azərbaycanlılar da qırğına məruz qaldı.
Və dünya tarixində qeydə alınmış soyqırımılar, qətliamlar, dəhşətli faciələrin heç birində Xocalıda ermənilərin əl atdığı üsullardan istifadə olunmayıb.
Hamilə qadınların qarınları yarılaraq bətinlərindəki körpələr çıxarılır, nizələrə taxırdılar; qoca qadınların belinə qaynar samovar bağlayaraq qaçmağa məcbur edirdilər; uşaqların başını kəsərək “top” kimi istifadə edirdilər; qadınları, qızları ərlərinin, atalarının, qardaşlarının gözləri önündə zorlayır, döşlərini kəsir, gözlərini çıxarırdılar; kişilərin başlarının dərisini soyur, cinsiyyət orqanlarını kəsirdilər; və saydıqca bitməyən dəhşətli əməllər...
Ermənilərin Xocalıda törətdiyi soyqırımında hannibalizmin elementləri açıq şəkildə görünür və bu, təsadüfi deyildi. Bütün soyqırımılar etnik təmizləmə siyasətindən qaynaqlanır, o cümlədən Xocalı soyqırımı, lakin ermənilər Xocalıda həm də tarixlərindən qaynaqlanan hannibalizmdən istifadə etmişdi.
Araşdırmalar təsdiqləyir ki, ermənilərin Xocalıda hannibalizmə əl atması onların tarixi ənənələrindən qaynaqlanır və bu, Xocalı soyqırımını digər soyqırımı və qətliamlardan fərqləndirən əsas xüsusiyyətlərdəndir.
“Ermənilər təqribən 326-408 qram ağırlığında adam ətini 100 dеkana satırdılar. Hətta adam ətini konservləşdirilmiş halda da satırdılar”. (Армянские источники о монг). Ermənilərin insan ətini yeməsi ilə bağlı öz mənbələrində müxtəlif məlumatlar yer alıb.
Məşhur sovet bioloqu Lev Zilberin 1930-cı illərdə Qarabağda taunla mübarizə aparmasına dair xatirələri isə erməni hannibalizminin gerçəkliyini sübut edir..... Azərbaycanın Xalq Səhiyyə Komissarlığı təcili şəkildə Lev Zilberi çağırır. Artıq gecə saat 04:00-da professor lazımi avadanlıq və əməkdaşları ilə birlikdə qatarla Qarabağa yola düşmüşdü. Məqsəd taunun qarşısını almaq idi. Daxili İşlər Xalq Komissarlığının Qarabağdakı yerli nümayəndələri bildirirdilər ki, xarici ölkənin bölgəyə atılmış diversantları-kəşfiyyatçıları qəbirləri açır, cəsədlərin ürəyini, qaraciyərini kəsərək, infeksiyanı yayırlar. Lakin Zilber bu versiyanı cəfəngiyat adlandırdı.
“Bir neçə gün ərzində laboratoriyada taun virusunu hazırlamaq və minlərlə insanı öldürmək olar. Nə üçün diversantlar cəsədlərin orqanlarını kəsirlər? Axı onların özü də buna yoluxa bilərlər”, - deyə o bildirir.
Zilberi erməni qəbiristanlığa aparırlar. O, məşəllərin işığında 10-a qədər təzə qəbiri açır. Alim dəhşətə gəlmişdi. Həqiqətən də bir neçə cəsədin başı yox idi, bəzilərinin dalağı, qaraciyəri, yaxud ürəyi çıxarılmışdı.
“Açdığımız üçüncü qəbir qadına məxsus idi. Paltarlarını çıxaranda gördük ki, ay aman, bu nədir belə. Qadının bədənini yarıb ürəyini, ciyərini çıxarmışdılar”, - Zilber yazır.
Zilber ümumi karantin elan edir, lakin o, diversant xəbərinə inanmır. Köhnə tibb jurnallarından tapır ki, bölgədə vaxtilə taun olub və indi həmin xəstəlik yenidən oyanıb. Bir az rus dilində danışmağı bacaran yerli müəllim Zilberə sirri açır. Bildirir ki, Qarabağda yaşayan erməni əhalisi arasında bir inanc mövcuddur: “Əgər ailədə ard-arda ölümlər baş verirsə, ilk ölənin canlı olmasına inanırlar. Əgər ölü qəbirdə canlıdırsa, deməli digər doğmaları da “aparmağa gələcək”. Ölünün canlı olub-olmadığını bilmək üçün qəribə üsuldan istifadə olunur. Atı qəbirin üstünə aparır və ona yulaf verirlər. Əgər at qəbrin üstündə yulafı yeməsə, deməli, həmin ölü canlıdır və qəbiri qazıb, həmin ölünün başını kəsmək, yaxud ürəyini və digər orqanlarını çıxarmaq lazımdır. Çıxarılan orqanlar doğranaraq ailənin digər üzvlərinə verilir, onlar yeyir və beləliklə ölümdən xilas olurlar”.
Məhz bu sirdən sonra Zilber müəyyən edir ki, vaxtilə bölgədə olmuş infeksiya bu yolla yayılır. O, infeksiyanın yayılmasının qarşısını almağı bacarır. Hadrutda baş verən bu hadisə erməni hannibalizminin XX əsrdə qeydə alınan əsas nümunəsidir. 1977-ci ildə “Lenfilm” kinostudiyası Hadrut taunu mövzusuna çəkdiyi filmdə də erməni hannibalizmindən bəhs olunur.
Ermənilərin hannibalizmə yoluxmasının tarixi haqqında da müəyyən versiyalar var. Əsas versiyaya görə, onlar vaxtilə Hindistanda mövcud olan və hələ bu gün də insan əti ilə qidalanan tayfaların arasında yaşayıblar. Sonradan qərbə köç edərkən, hannibalizm ənənələrini Qarabağa qədər də gətiriblər.
Umberto Eko məşhur "Qızılgülün adı" əsərində də erməni hannibalizminə toxunur, qeyd edir ki, orta əsrlərdə erməni kilsəsində hannibalizm yeres (yanlış etiqad) səviyyəsində olub.
Bu faktlar ermənilərin Xocalı soyqırımında azərbaycanlıların orqanlarını niyə çıxardığı, hamilə qadınların qarınlarını niyə yardığı, uşaqlara mazaxistcəsinə əzab verdiyi və bundan zövq aldığının səbəblərini təsdiqləyir. Xocalıda baş verənlər qorxu filmlərində gördüyümüz hannibalların gerçək həyatda törətdiyi qətliam idi. Və ən dəhşətlisi erməni hannaiballarının bu gün də hər an digər xalqlara qarşı Xocalı qətliamını təkrarlayacağı təhlükəsi ilə bölgədə yaşamasıdır. Unutmayın, insan ətini yeyənlər bir gün mütləq yenə dadına baxmaq istəyəcək...
Dünya mətbuatı da erməni vəhşiliyindən yazıb.
Fransalı jurnalist Jan-İv Yunet: "Biz Xocalı faciəsinin şahidi olduq, həlak olmuş yüzlərcə dinc sakinin, eləcə də Xocalını müdafiə edənlərin cəsədlərini gördük... Bu, dəhşətli mənzərə idi. Mən müharibələr, alman faşistləri haqqında çox eşitmişdim. Lakin 5-6 yaşlı uşaqları, dinc əhalini qətlə yetirən ermənilər faşistləri də geridə qoymuşdular..."
Rusiyanın "İzvestiya" qəzetinin müxbiri V.Belıx: "Ağdama vaxtaşırı cəsədlər gətirilir. Ermənilər həlak olmuş bu insanların cəsədlərinin müqabilində qarşı tərəfdən diri adamları girov götürürlər. Gecənin qaranlığında bu insanların çıxarılmış gözlərini, kəsilmiş qulaqlarını, dərisi soyulmuş, bədəndən ayrılmış başlarını görəndə adam dəhşətə gəlir. Bir neçə cəsədi kəndirlə bir-birinə bağlayıb zirehli transportyora qoşaraq sürümüşdülər..."
"Sandi tayms" qəzetinin müxbiri: "Erməni əsgərlər yüzlərcə azərbaycanlıya divan tutmuşlar... Ermənilər bu insanlara fasiləsiz atəş açır, sonra onları süngülərlə dəlik-deşik edir, bıçaqla doğrayırdılar. Bir oğlanın qulağı kəsilmişdi..."
"Vaşinqton post"un müxbiri: "Cəsədlər arasında 2 uşaq və 3 qadın meyidi vardı. Onlardan birinin sinəsinə yaxın məsafədən atəş açılmışdı. Ağdam hospitalına gətirilmiş 120 qadının çoxunda süngü yarası vardı..."
Parisdə çıxan "Le Monde" qəzetinin müxbiri: ".. 3 nəfərin başının dərisi soyulmuş, barmaqları kəsilmişdi..."
Londonda çıxan "Tayms" qəzetinin müxbiri: "Gördüyümüz adamların çoxu eybəcər hala salınmış, balaca qızcığazın isə yalnız başı qalmışdı..."
Rusiyanın "Memorial" hüquq müdafiə mərkəzi: "Ermənilər hətta ölüləri də təhqir edirdilər. Bir azərbaycanlının diri-diri başının dərisi soyulmuşdu..."
Yeri gəlmişkən, fevralın 25-də ABŞ Dövlət Departamentinin mətbuat xidməti Xocalı faciəsi ilə bağlı bəyanat verib.
Dövlət Departamentindən Xocalı faciəsinin 28-ci ildönümü ilə bağlı verilən açıqlamaya görə, Amerika Birləşmiş Ştatları qətl edilən günahsız insanları dərin hüznlə anır və Ermənistanla Azərbaycanı münaqişəni tezliklə həll etməyə çağırır.
Xatırladaq ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı qüvvələri keçmiş SSRİ dövründə Xankəndi (Stepanakert) şəhərində yerləşdirilmiş 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməyi ilə Xocalı şəhərini zəbt edib, etnik azərbaycanlılara qarşı soyqırımı törədiblər. Bu qırğının nəticəsində 613 nəfər həlak olub.
Azərbaycanın Dağlıq Qarabağ regionu və yeddi ətraf rayon Ermənistan silahlı qüvvələri tərəfindən 1992-1994-cü illərdə işğal edilib. Ermənistanın işğalçı siyasəti nəticəsində bir milyondan çox azərbaycanlı öz torpaqlarından didərgin düşüb. 1993-cü ilin aprel-noyabr aylarında BMT Təhlükəsizlik Şurası Azərbaycan ərazilərinin işğalını pisləyən, erməni silahlı qüvvələrinin bu ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılmasını və azərbaycanlı məcburi köçkünlərin doğma yurdlarına qayıtması üçün şərait yaradılmasını tələb edən 822, 853, 874 və 884 saylı qətnamələr qəbul edib. 2008-ci ilin mart ayında BMT Baş Məclisində beynəlxalq birliyin Təhlükəsizlik Şurasının qətnamələrində ifadə edilmiş mövqeyini bir daha təsdiqləyən 62/243 saylı qətnamə qəbul olunub. Müxtəlif ölkələrin və beynəlxalq təşkilatların qanunverici orqanları BMT Təhlükəsizlik Şurasının bu qətnamələrini əsas götürərək, erməni işğalçı qüvvələrinin Azərbaycandan çıxarılmasını tələb edən sənədlər qəbul ediblər.
Onu da qeyd edək ki, “Xocalıya ədalət!” kampaniyası çərçivəsində Pakistanın Lahor Universitetində Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı seminar keçirilib.
Tələbələrin, ekspertlərin və QHT nümayəndələrinin qatıldığı seminar Pakistanın Gənclərə Dəstək Şəbəkəsi (GDŞ) və Lahor Universitetinin birgə təşkilatçılığı və İslam Əməkdaşlıq Gənclər Forumu, Avrasiya Regional Mərkəzinin (İƏGF-ARM) dəstəyi ilə baş tutub.
GDŞ-nin Tədqiqatlar və İctimai Əlaqələr üzrə nümayəndəsi Momnah Əsəd Xocalı faciəsi və 2009-cu ildən etibarən aparılan “Xocalıya ədalət!” kampaniyası haqqında geniş təqdimatla çıxış edib.

Lahor Universitetinin Sosial elmlər fakültəsinin dosenti Təhminə Aslan bildirib ki, bəşəri təhdidlərlə mübarizə aparmaq və dünyada ədaləti, sülhü bərqərar etmək üçün təcavüzlərə və hərbi cinayətlərə qarşı ciddi mübarizə aparılmalıdır.
Azərbaycan diasporunun Lahordakı nümayəndəsi və Azərbaycanın Pakistandakı səfirliyi tərəfindən təmsilçilik hüququ verilən Şəhla İsayeva Pakistanın Xocalı soyqırımını dövlət səviyyəsində tanıyan ölkə olduğunu xatırladıb.
Beynəlxalq Kəşmir Lobbi Qrupunun nümayəndəsi Zaman Bacva çıxışında bildirib ki, Xocalı faciəsi bəşəriyyətin yaddaşında daim qalacaq.
İƏGF-ARM-nin İdarə Heyətinin üzvü və GDŞ-nin rəhbəri Fsahat Ul Hassan seminara yekun vuraraq beynəlxalq təşkilatların, müvafiq QHT-lərin bu faciəyə biganə qalmamalarını, Xocalı soyqırımının dünya ictimaiyyəti tərəfindən istər hüquqi, istərsə də mənəvi müstəvidə tanınmasının vacibliyini vurğulayıb.

Cavid