Paşinyanın oğlu ilə Qarabağ piarı Dünya

Paşinyanın oğlu ilə Qarabağ piarı

Minlərlə Aşot belə Azərbayacan əsgərinin qarşısını kəsə bilməz
"Serjiki devirən məşhur maydançının oğlu Dağlıq Qarabağda hərbi xidmət keçəcək". Ermənistan mətbuatı - qəzetlər, radiolar, televiziyalar necə gündür bundan danışır. Ermənistanın hazırki baş naziri etiraf edib ki, "Qarabağ ordusu" deyilən bir anlayış yoxdur, işğalçı Ermənistanın ordusu var. Gənc Paşinyan da burada xidmət edəcək.
Bu onun atasının piarı üçün çox vacibdir. İnsanların küçələrdən, meydanlardan yığışması, yolları bağlamaqdan əl çəkmələri üçün necəsə inandırmaq lazımdır. Vətəndaş itaətsizliyinin qarşısını almaq vacibdir.
Ölkədə Sarkisyanın istesafından, Paşainyanın baş nazir seçilməsindən sonra da bəzi məmurların işdən çıxaırlmasına, eləcə də dövlət idarələrinin fəaliyyətinə qarşı davam edən etirazlardan isə heç nə yazan yoxdur.
Erməni mətbuatının yazdığına görə, 18 yaşlı Aşot Paşinyan Qarabağda ön cəbhədə xidmət edəcək. Bunun belə olacağını düşünmürük. Səngərlərdə onu Azərbayacan əsgərləri mütləq tapacaq. Ehtimal ki, gənc oğlan hansısa dəftərxanada oturacaq. Ümumiyyətlə heç nə bacarmayan gəncdən fayda nə qədər olacaq? Amma bu ataya çox lazımdır.
Xatırladaq ki, qısa müddət öncə Nikol Paşainyan orduda xidmət etməmək üçün ölkəni tərk edən gənc həmyerlilərinin geri qayıdıb, təhsillərinə davam etməyə çağırmışdı. Ancaq Aşotik yəqin ki, atasının izi ilə gedəcək. Bir halda ki, mitinqə təşkil etmək, ölkənin yollarını bağlamaq, sosial sahədə işi dayandırmaq olursa onda diplom lazımdır? Atası bütün bu işləri diplomsuz belə etməyin mümkünlüyü nümayiş etdirdi.
İş ondadır ki, minlərlə Aşot olsa da Azərbaycanın işğal edilən torpaqlarına ikinci erməni dövlətinin qurulmasına imkan verilməyəcək. Azərbaycan prezidenti İlham Əliyev də bu barədə dəfələrlə açıqlama verib. Prezident dedisə deməli elə də olacaq.