Ermənistan polisi rəisinin müavini açıqlama yayıb Dünya

Ermənistan polisi rəisinin müavini açıqlama yayıb

"Permyakovun cinayəti təkbaşına törətmədiyi istisna olunmur"

Gümrüdə Avetisyan ailəsinin 7 üzvünü qətlə yetirməkdə şübhəli bilinən rusiyalı hərbçi Valeriy Permyakovun cinayəti təkbaşına törətmədiyi istisna olunmur.
APA-nın Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, istintaqın nəzərdən keçirdiyi versiyaların birinə əsasən, V. Permyakov cinayəti başqa şəxslərlə birgə törədib.
Ermənistan polisi rəisinin I müavini Unan Poqosyan bildirib ki, ilkin istintaq getdiyindən müxtəlif versiyalar irəli sürülməkdədir. Ermənistan və Rusiya hüquq-mühafizə orqanları nümayəndələrinin birgə çalışdığını deyən U. Poqosyan qeyd edək ki, ilkin istintaq başa çatandan sonra bir çox məqamlara aydınlıq gətiriləcək.
O həmçinin hadisə baş verən gün Rusiyanın Gümrüdəki 102-ci hərbi bazasından 6 hərbçinin qaçması ilə bağlı yayılan şayiələri təkzib edib.
Xatırladaq ki, yanvarın 12-də Gümrüdəki 102 saylı Rusiya hərbi bazasında xidmət edən Valeri Permyakov bir ailənin 6 üzvünü qətlə yetirib. Hadisə zamanı yaralanmış 6 aylıq uşaq isə bir neçə gündən sonra xəstəxanada ölüb.