BAXCP sədri İran səfirinə başsağlığı verib Hadisə

BAXCP sədri İran səfirinə başsağlığı verib

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev İran İslam Respublikasının Azərbaycandakı səfiri cənab Cavad Cahangirzadəyə başsağlığı verib.
BAXCP sədrinin müraciətində deyilir:
"Hörmətli cənab Səfir,
İran İslam Respublikasının qərb bölgəsində baş vermiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatının və dağıntıların olması məni kədərləndirdi. Faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün İran vətəndaşlarına dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara Allahdan şəfa diləyirəm".