Azərbaycana idxal edilən hibrid avtomobillərin dəyəri 1 milyard dollara yaxınlaşıb
Üzeyir Hacıbəylinin “Ər və arvad” operettası Türkmənistanda türkmən dilində təqdim edilib
İrandan Azərbaycana PUA ilə narkotik keçirilməsinin qarşısı alınıb - FOTO
Çempionlar Liqası: “Araz-Naxçıvan”ın “Benfika” ilə cavab oyununun vaxtı və yeri açıqlanıb
28 May 2020 19:24
2 436
Azərbaycanda daha 191 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 125 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1954-cü və 1956-cı il təvəllüdlü iki nəfər vəfat edib.
"Hazırkı dövrədək ölkəmizdə 4 759 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilmiş, onlardan 3 022 nəfər müalicə olunaraq sağalıb, 56 nəfər vəfat edib, 1 681 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 53 nəfərin vəziyyəti ağır, 62 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir", - Qərargahdan bildirilib.
Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 284 669 test aparılıb.