İnsan Hüquqları və Maarifçilik İctimai Birliyi beşinci onlayn müzakirəsini keçirib Hadisə

İnsan Hüquqları və Maarifçilik İctimai Birliyi beşinci onlayn müzakirəsini keçirib

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə İnsan Hüquqları və Maarifçilik İctimai Birliyi “Qlobal şəbəkələrdən informasiya təzyiqinə qarşı effektiv mübarizə üsulları” layihəsinin icrasını davam etdirir.

Cebhe.info xəbər verir ki, layihə çərçivəsində sonuncu-beşinci onlayn müzakirə keçirilib. Bu dəfə "Sosial şəbəkələr vasitəsilə təşkil edilən təhqir və böhtan kampaniyasına qarşı dünyada aparılan mübarizə və ayrı-ayrı dövlətlərin müqaviməti" mövzusu müzakirə olunub.

“Bir çox xarici ölkələrdə, o cümlədən Qərb ölkələrinin bir çoxunda sosial şəbəkələrə nəzarətlə bağlı qanun layihələri artıq qəbul edilib. Azərbaycanda da bu məsələ bir müddətdir ki, aktuallığını qoruyur. Təbii ki, söhbət sosial şəbəkələrin məhdudlaşdırılmasından getmir. Amma ona nəzarət imkanları yaradan qanunvericilik bazası olmalıdır. Bu, sosial şəbəkələr vasitəsilə qəsdən və bilərəkdən təşkil edilən təhqir və böhtan kampaniyalarının qarşısını almaq baxımından əhəmiyyətli ola bilər. Dünyada bu istiqamətdə aparılan mübarizəni Azərbaycanda necə və hansı formada tətbiq etmək olar? Bunun müsbət və ya mənfi təsirləri nə ola bilər?” sualları ətrafında keçirilən onlayn müzakirədə layihənin ekspertləri, QHT, media nümayəndələri və sosial şəbəkə istifadəçiləri iştirak edib.