Türk Dünyası İstanbulda buluşur Hadisə

Türk Dünyası İstanbulda buluşur

Kadir Topbaş: "Burada Türk Dünyasının nəbzinin birlikdə atdığı bir məkan yaradılıb"

İstanbul Böyük Şəhər Bələdiyyəsinin başqanı Kadir Topbaş Topqapı Türk Dünyası Mədəniyyəti məhəlləsindəki muzey-evləri ziyarət edib. Ziyarət zamanı Kadir Topbaşı "Kültür" şirkətinin baş direktoru Nevzat Kütük müşaiyət edib.
"Türk Dünyasını burada bir araya gətiririk", - deyən Kadir Topbaş Topqapı Türk Dünyası Mədəniyyəti məhəlləsindəki muzey-evlərin ortaq tarix, mədəniyyət və adət-ənənələrimizin nümayişi üçün mühüm önən kəsb etdiyini vurğulayıb: "Burada Novruz bayramlarının, milli günlərin, müstəqillik ildönümlərinin qeyd olunduğu, Türk Dünyasının nəbzinin birlikdə atdığı bir məkan yaradılıb". Kadir Topbaş Kadir Topbaş Topqapı Türk Dünyası Mədəniyyəti məhəlləsinin "ən böyük xəyalı" olduğunu və bu xəyalının gerçəkləşdiyinə sevindiyini bildirib.
Qeyd edək ki, Türk cümhuriyyətlərini təmsil edən və bu ölkələrin folklorunu, mədəniyyətini nümayiş etdirən ekspozisiyaların sərgiləndiyi muzey-evlərin yerləşdiyi Türk Dünyası Mədəniyyəti məhəlləsi Türk Dünyası ilə yaxından maraqlanan ziyarətçiləri ümumtürk atmosferinə dəvət edən bir məkan olaraq böyük diqqət çəkir.
"Kültür" Şirkətinin müdiri Nevzat Kütük İstanbul Böyük Şəhər Bələdiyyəsinin başqanı Kadir Topbaşa və onunla birlikdə muzey-evləri ziyarət edən hakim Ədalət və İnkişaf Partiyasın sədrinin müavini Nurəddin Nebati, millət vəkilləri Hüseyin Bürge, Ünal Kaçır, Halide İncekara ve Osman Aşkınbaka Türk Dünyası Mədəniyyəti məhəlləsi haqqında ətraflı məlumat verib.
Ayrı-ayrı türk xalqlarının mətbəxinin təqdim olunduğu "Zinnet" restoranında Qazaxstanın dombra sənətçısı Bəşir Əhməd Kösənin ifa etdiyi milli musiqiləri dinləyən heyət üzvləri prezident Nursultan Nazarbayevin həmkarı Rəcəb Tayyib Ərdoğana hədiyyə etdiyi qazax çadırı və Qırğızıstan parlamentinin ərməğanı olan olan qırğız bozüyü, eləcə də Orxon-Yenisey abidələrinin maketləri və türk xalqarına məxsus əşyaların satıldığı "Turkuaz" hədiyyəlik əşya dükanı ilə də tanış olublar.

Kəbutər Haqverdiyeva
BayMedia-nın Türkiyə təmsilçisi