Gəncədə yaşayış binasında yanğın olub Hadisə

Gəncədə yaşayış binasında yanğın olub

Gəncə şəhərinin Kəpəz rayonunda səkkizmərtəbəli yaşayış binasının zirzəmisində ümumi sahəsi 80 m² olan kafenin mətbəxində havalandırma sisteminin mühərriki və elektrik kabeli 2 p.m yanıb.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, kafe və mənzillər yanğından mühafizə olunub.