“HƏMAS-a dəstək regionda gərginliyi artırır”
19 Dekabr 22:46
19 Dekabr 22:46
19 Dekabr 22:24
19 Dekabr 22:18
19 Dekabr 14:16
11 Mart 2021 14:19
2 723
Bu ilin fevral ayında Türkiyədən təzə meyvə və tərəvəz ixracının dəyəri ötən ilin eyni ayı ilə müqayisədə 23% artaraq 250 mln. ABŞ dollarına çatıb.
“APA-Economics” “Anadolu”ya istinadən xəbər verir ki, bu barədə Aralıq dənizi bölgəsinin Təzə Meyvə-Tərəvəz İxracatçıları Birliyinin sədri Nejdat Sin bildirib.
Onun sözlərinə görə, fevral ayında 402 390 ton məhsul ixrac olunub ki, bu həcmin 74%-i pomidor, naringi, limon, nar, bibər və almanın payına düşüb.
Ən böyük artım pomidor ixracatında qeydə alınıb – 23%. Fevralda Türkiyədən pomidor ixracı 41,6 mln. dollar məbləğində olub. İkinci yerdə 14%-lik artımla naringi yer alıb. Ötən ay bu məhsulların ixracı 39,4 mln. dollar təşkil edib. İlk üçlüyə ixracı 7% artaraq 31,5 mln. dollara çatan limon da daxil olub.
“Rusiya ötən ay Türkiyədən təzə tərəvəz və meyvələrin əsas idxalçısı olub. Bu məhsulların Rusiyaya ixracatı 26% artaraq 79,3 mln. dollar təşkil edib. İraq və Rumıniya da ilk üç idxalçı sırasında yer alıb”, - deyə N. Sin qeyd edib.
Birliyin sədri əlavə edib ki, fevral ayında Türkiyədən İraqa təzə meyvə-tərəvəz ixracı 63% artaraq 24,9 mln. dollar, Rumıniyaya isə 10% artaraq 20,5 mln. dollara yüksəlib.
20 Dekabr 11:22
1 456
19 Dekabr 17:47
1 631
19 Dekabr 17:37
1 813