Azərbaycana idxal edilən hibrid avtomobillərin dəyəri 1 milyard dollara yaxınlaşıb
Gürcüstan vətəndaşları xaricdə parlament seçkilərində səs verə bilməyəcəklər
Üzeyir Hacıbəylinin “Ər və arvad” operettası Türkmənistanda türkmən dilində təqdim edilib
İrandan Azərbaycana PUA ilə narkotik keçirilməsinin qarşısı alınıb - FOTO
Çempionlar Liqası: “Araz-Naxçıvan”ın “Benfika” ilə cavab oyununun vaxtı və yeri açıqlanıb
3 May 2021 14:41
5 544
2021-ci ilin yanvar-mart ayları ərzində Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) büdcə gəlirləri 3 182,1 milyon manat, büdcə xərcləri isə 2 519,9 milyon manat təşkil edib.
Fonddan Trend-ə verilən məlumata görə, 2021-ci ilin yanvar-mart ayları ərzində ARDNF-nin neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 2 468,1 milyon manat, o cümlədən mənfəət neftinin və qazın satışından 1 696,6 milyon manat, bonus ödənişləri 765,9 milyon manat, tranzit gəlirləri 5,6 milyon manat təşkil edib.
Ötən rüb ərzində Fondun vəsaitinin idarə olunmasından əldə edilən gəlirlər 714,0 milyon manata bərabər olub ki, bu da ümumi gəlirlərin 22,44%-ni təşkil edir.
Cari ilin yanvar-mart ayları ərzində ARDNF-nin 2021-ci il büdcəsinin icrası çərçivəsində 2 513,7 milyon manat vəsait dövlət büdcəsinə transfert edilmişdir, “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın maliyyələşdirilməsinə 0,7 milyon manat vəsait yönəldilib. 2021-ci ilin ilk rübü ərzində ARDNF-nin idarə edilməsi ilə bağlı xərcləri 5,5 milyon manat təşkil edib.
Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı ARDNF-nin büdcədənkənar xərci 2 027,5 milyon manat təşkil edib.
2021-ci il aprelin 1-ə Fondun aktivləri 2021-ci ilin əvvəlinə (43 564,3 milyon ABŞ dolları) nisbətən 1,84% azalaraq 42 761,3 milyon ABŞ dollarına bərabər olub. Büdcə gəlirlərinin büdcə xərclərini üstələməsinə baxmayaraq aktivlərin həcminin azalmasına səbəb qızılın qiymətinin düşməsi və investisiya portfelinin tərkibində yer alan əsas valyutaların məzənnələrinin ABŞ dollarına qarşı zəifləməsi olub.
12:39
280
12:25
371
11:49
427