“Təmas xəttində vəziyyətin kəskinləşməsi qəbuledilməzdir“ Siyasət

“Təmas xəttində vəziyyətin kəskinləşməsi qəbuledilməzdir“

İqor Popov: "Dağlıq Qarabağdakı görüşlərdə Azərbaycan və erməni icmalarının görüşünün mümkünlüyünü müzakirə etdik"

"Təmas xəttində vəziyyətin kəskinləşməsi və ağır texnikadan istifadə edilməsi bizim üçün qəbuledilməzdir".
Bu sözləri ATƏT-in Mİnsk qrupunun rusiyalı həmsədri İqor Popov Dağlıq Qarabağda verdiyi açıqlamada deyib.
O bu məsələnin Dağlıq Qarabağda keçirdikləri görüşlərdə müzakirə etdiyi bildirib.
İqor Popov qeyd edib ki, Dağlıq Qarabağdakı görüşlərdə həmçinin Azərbaycan və Ermənistan prezidentlərinin təşkili, humanitar məsələlər müzakirə edilib: "Bu kontekstdə Azərbaycan və erməni icmalarının nümayəndələrinin görüşünün mümkünlüyü barədə də danışdıq".