"Rusiyanın bu prosesdə yer alması yeni böhrana gətirə bilər" Siyasət

"Rusiyanın bu prosesdə yer alması yeni böhrana gətirə bilər"

Ermənistan rəhbərliyi çalışır ki, Zəngəzur dəhlizində Rusiya FTX Sərhəd qoşunları dayanmasın. Məhz 10 noyabr Birgə Bəyannamənin 9-cu bəndində Zəngəzur dəhlizində Rusiya sərhəd qoşunlarının təhlükəsizliyi təmin ediləcəyi qeyd edilib. ABŞ, Ermənistan rəhbərliyini 10 noyabr Birgə Bəyannamənin 9-cu bəndində imtina etməyə, xüsusilə Rusiya ilə bağlı bəndlə razılaşmamağı sövq edib.

Bunu "Xalq Cəbhəsi"nə politoloq Məhəmməd Əsədullazadə deyib.
Politoloqun fikrincə, Zəngəzur dəhlizində Rusiya FTX Sərhəd qoşunlarının olması, Azərbaycanın da maraqlarına uyğun deyil. Bununla, Rusiya hər iki tərəfi nəzarətdə saxlamağa, istənilən vaxt dəhlizi bağlaya bilərdi. Azərbaycan Laçın yolunda Ermənistanla sərhəddə NBM quraşdırdıqdan sonra, Naxçıvanla Azərbaycanı birləşdirəcək Zəngəzur dəhlizində Ermənistanın NBM qurması gözlənilir:

"Ümumiyyətlə, Ermənistan ilk gündən dəhliz verilməyəcəyini, yalnız Ermənistanın nəzarətində olacağı dəmiryol və avtomobil yolu ilə razılaşacağını elan edib.

Göründüyü kimi, Zəngəzur dəhlizi ilə bağlı məsələdə dəmiryol xətti çəkiləcək və Ermənistanın nəzarətində olacaq. ABŞ da bu prosesi dəstəkləyir. Azərbaycan dəmiryol və avtomobil yolunun açılışında maraqlıdır. Amma, 10 noyabr Birgə Bəyannamənin 9-cu bəndində olduğu kimi Rusiyanın nəzarətində olmayacaq.

Qeyd edim ki, Laçın yolu olduğu kimi, Zəngəzur yolu olacaq. Rusiyanın bu prosesdə yer alması yeni böhrana gətirə bilər. ABŞ -da Rusiyanın regionda qalıcılığını qoruyub saxlayacaq 10 noyabr Birgə Bəyannamənin 9-cu bəndini qəbul etmədiyi görünür".

Cavid