“XİN rəhbərlərinin yaydığı bəyanat Ermənistana danışıqlar dövründə vurulmuş ən ağır zərbədir” Siyasət
Mübariz Əhmədoğlu: "Minsk belə mövqeyini əvvəlcədən ortaya qoymalıydı"
Qabil Hüseynli: "Gec də olsa dünyanın böyük dövlətləri başa düşürlər ki, Azərbaycan öz torpaqlarının işğalı ilə barışmayacaq"
Rusiya, ABŞ və Fransa xairici işlər nazirləri Dağlıq Qarabağ münaqişəsi ilə bağlı birgə bəyanat səsləndiriblər. Bəyanatda deyilir ki, həmsədr ölkələr Ermənistan və Azərbaycan prezidentlərinin görüşünü təşkil etməyə hazırdırlar: "Biz əminik ki, ən yaxın zamanda bu danışıqlar baş tutmalıdır". Həmsədrlərin dəstəyi ilə baş tutan birbaşa dialoq etibarın formalaşdırılmasında və sülh prosesinin davam etdirilməsində ən vacib elementdir.
Həmçinin Rusiyanın xarici işlər naziri Sergey Lavrov erməni həmkarı Eduard Nalbandyanla mətbuata qapalı görüş keçirib. Bütün bu məsələlər isə maraq doğurur.
Politoloq Mübariz Əhmədoğlu bildirib ki, ATƏT-in Minsk qrupuna həmsədr dövlətlərin XİN rəhbərlərinin yaydığı bəyanat Ermənistana danışıqlar dövründə vurulmuş ən ağır zərbədir: "Hesab edirəm ki, 1994-cü ildən bu yana Ermənistana belə zərbə vurulmamışdı".
O qeyd edib ki, Minsk qrupu gecikib: "Gərək Minsk qrupu belə mövqeyini əvvəlcədən ortaya qoyardı. Əgər belə olsaydı, Ermənistanın XİN rəhbəri 3+2 formatında görüşdən imtina etməzdi". Politoloq bildirib ki, bəyanatda müəyyən konkretlik var. Aprel döyüşlərindən sonra Ermənistan belə şərt irəli sürürdü ki, vəziyyət əvvəlki şəklinə qayıtsın, qoşunların təmas xəttində insidentləri müəyyən edən mexanizm yaradılsın və danışıqlar başlasın: "Lakin Ermənistanın şərtlərini alt-üst etmək üçün həmsədrlər müzakirə ediləcək məsələlərin ardıcıllığını dəyişdilər. Ermənistan tərəfi ilk növbədə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikin missiyasının genişləndirilməsi müzakirə edilməli olduğunu deyirdi. Amma sonuncu bəyanatda BQXQ xətti ilə itkin düşənlərin siyahısının müəyyənləşdirilməsi məsələsi qoyulub". M. Əhmədoğlunun fikrincə, bu məsələ Ermənistan üçün qeyri-məqbuldur. Politoloq xatırladıb ki, 2014-cü ildə ilk dəfə bu təklifi Fransa prezidenti Fransua Olland ortaya qoydu, lakin Ermənistan prezidenti Serj Sarkisyan Fransadan qayıdan kimi işğal edilmiş Azərbaycan ərazilərində təlim keçirdi. Sarkisyan itkin düşənlərlə bağlı təklifə belə reaksiya verdi.
M. Əhmədoğlu əlavə edib ki, bəyanatda çox vacib məsələ Kaspşikin missiyasının genişləndirilməsi məsələsinin müzakirəsi ilə danışıqların aparılması paralel göstərilir: "Bu da Azərbaycanın xeyirinədir. XİN rəhbəri Elmar Məmmədyarov Kaspşikin missiyasının genişləndirilməsi ilə bağlı təklifin mərhələli tənzimlənməsi ilə sinxronlaşdırılması təklifini irəli sürdü".
M. Əhmədoğlu deyib ki, Sarkisyan Ria-Novostiyə müsahibəsində Madrid prinsiplərindən danışmışdı, amma həmsədr dövlətlərin bəyanatında Yenilənmiş Madrid Prinsipləri olduğu kimi təqdim edilib. Bununla da həmsədr dövlətlər beynəlxalq birlik və Ermənistana mesaj verir ki, tənzimlənmə üçün bir sənəd var, o da Yenilənmiş Madrid Prinsipləridir: "Hesab edirəm ki, həmsədrlər həqiqətə yaxınlaşıblar. Onlar Ermənistanı gərək əvvəldən tanıyardılar. Həmsədrlər Qarabağa səfər edəndə Dağlıq Qarabağın azərbaycanlı icmasının nümayəndələr aparsınlar. Ermənilər buna imkan verməsə, həmsədrlər Dağlıq Qarabağda özlərinin dediyi kimi, de-fakto hakimiyyətin nümayəndələri ilə görüşdən imtina etsinlər". Politoloq təklif edib ki, həmsədrlər Azərbaycanın hərbi imkanları ilə yaxından tanış olsun: "Yenilənmiş Madrid Prinsiplərində də qeyd edildiyi ki, işğal edilmiş ətraf ərazilər Azərbaycanın nəzarətinə qaytarılmalıdır. Hesab edirəm ki, bu da hərbi yol olmadan mümkün deyil".
Mübariz Əhmədoğlu Nalbandyanın Azərbaycanın XİN rəhbəri Elmar Məmmədyarovla görüşə razılıq verməməsindən də danışıb: "Görünür, Lavrov Nalbandanyana Ermənistan səhv yolda olduğunu deyib". Politoloq hesab edir ki, ola bilər ki, Lavrovun təkidi ilə Nalbandyan görüşə razılıq versin: "Elmar Məmmədayorun işğal edilmiş ərazilərin boşaldılması ilə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikin mandatının genişləndirilməsinin sinxronlaşdırılması ilə bağlı irəli sürdüyü təklif elə təklifdir ki, Ermənistan buna müqavimət göstərə bilməyəcək. Hesab edirəm ki, Nalbandyan bu görüşdə çətin vəziyyətə düşəcək".
Politoloq Qabil Hüseynli isə diqqətə çatdırıb ki, bu günə qədər görüşlər nəticəsiz olub: "Hər dəfə Ermənistanın, xüsusən də Sərkisyanın desturiktiv mövqe tutması ucbatından prezidentlərin görüşü nəticəsiz başa çatıb. Bu da görüşlərin əhəmiyyətini xeyli azaldıb.
Hamburqda 3+2 formatı üzrə Fransa, ABŞ, Rusiya və Azərbaycan, Ermənistan xarici işlər nazirlərinin iştirakı ilə görüş keçirilməli idi. Bu görüşdə məqsəd danışıqlar prosesinə yeni təkan vermək, iki dövləti-Azərbaycan və Ermənistanı danışıqlar vasitəsilə Dağlıq Qarabağ problemi və ətraf rayonların problemini həll etməkdir. Söhbət işğalçı Ermənistanla, işğala məruz qalan Azərbaycan arasında yaranmış müərəkkəb vəziyyətin çözülməsinə yönəldilməli idi. Ancaq Ermənistan 3+2 formatı üzrə ATƏT-in bilavasitə nəzarəti altında keçiriləcək çox əhəmiyyətli tədbirdən boyun qaçırdı və həmin tədbirdə iştirak etmədi.
ABŞ-ın dövlət katibi Con Kerri dedi ki, Azərbaycan Ermənistan münaqişəsi Avropanın təhlükəsizliyi üçün böyük təhlükədir. Zənnimcə, bu ciddi təsbitdir. Gec də olsa dünyanın böyük dövlətləri başa düşürlər ki, Azərbaycan öz torpaqlarının işğalı ilə barışmayacaq. Bu isə Cənubi Qafqazda çox böyük müharibə ilə nəticələnəcək. İkinci Qarabağ müharibəsi təkcə Azərbaycan-Ermənistan müharibəsi olmaya bilər, çünki əgər Rusiya Ermənistanı dəstəkləyirsə, Azərbaycanı da Türkiyə, Pakistan, Səudiyyə Ərəbistanı və digər dövlətlər dəstəkləyir. Azərbaycanın iqtisadi potensialı, hərbi gücü öz ərazi bütövlüyünü təmin etmək üçün kifayət edir. Belə şəraitdə dünyanın aparıcı dövlətləri başa düşürlər ki, vəziyyətdə köklü dəyişikliklər edilməsə, məsələyə əvvəlki ikili standartlardan əl çəkərək beynalxalq hüquq normaları çərçivəsində yanaşılmasa, Cənubi Qafqazda münaqişə həll edilməsə, bu çox böyük partlayışa səbəb ola bilər. İkinci Qarabağ müharibəsi Avropanın təhlükəsizliyi üçün zərərlər gətirə bilər.
Fransa qondarma Dağlıq Qarabağ respublikası ilə dostluq edən, oraya tez-tez gəlib gedən bir adamı özünün daxili işlər naziri təyin etdi. Rusiya Ermənistanı təpədən dırnağa qədər silahlandırır. Beynəlxalq təşkilatların məlumatına görə, silahlanma dərəcəsinə görə Ermənistan dünyada birinci yeri tutur. Bu məsələdə Rusiyanın hərbi bazaları və Ermənistana verilmiş silahlar da nəzərə alınır. Həmsədr dövlətlərdən Fransa və Rusiya məsələnin beynəlxalq hüquq normalarına uyğun olaraq həll edilməsinə yardım etmək əvəzinə bəzən sülhyaratma prosesinin gedişatına maneçilik törədən addımlar atırlar.
Son zamanlar Dağlıq Qarabağ problemi ilə bağlı ABŞ-ın fəallığının artması diqqət çəkir. ABŞ artıq problemə daha obyektiv yanaşmağa başlayıb. Rəsmi Vaşinqton bəyan etdiyi kimi, problemin həllində Rusiya faktoru var və Rusiya amili problemin həlli istiqamətinə deyil, problemin dondurulması, mövcud status-kvonun saxlanılması istiqamətinə işləyir. Bu da nəticə etibarı ilə sülhyaratma prosesinə əngəllər yaradır. Bunu nəzərə alaraq ABŞ Azərbaycana yardımını hiss ediləcək dərəcədə artırıb. ABŞ yardımın artırılmasını onunla bağlayır ki, son zamanlar Azərbaycana qarşı Rusiyanın təhdidləri artıb, onun məqsədi gələcəkdə Azərbaycanı Rusiya təhdidlərindən qorumaqdır. ABŞ təxminən iki ay əvvəl Azərbaycanın Avropa və ABŞ üçün geosiyasi əhəmiyyətli dövlət olduğunu bildirib.
NATO-nun Əfqanıstandakı qoşunlarına daşınan silah-sursat, ərzaq məhsulları və digər məhsulların 80%-i Azərbaycan ərazisi vasitəsi ilə, çox zaman isə Azərbaycanın nəqliyyat sistemləri vasitəsi ilə daşınır. Azərbaycan Avropanın həm enerji, həm də nəqliyyat dəhlizinə çevrilib. Şərq-Qərb dəmiryol xəttinin işə düşməsi, bir qədər sonra isə Şimal-Cənub dəmiryol dəhlizinin açılacağını nəzərə alsaq, Azərbaycanın bütün dünya, xüsusən də Qərb üçün nə dərəcə geosiyasi əhəmiyyətə malik olduğunu anlaya bilərik.
Belə olan təqdirdə xüsusən ABŞ və Avropanın əksər dövlətlərinin Dağlıq Qarabağ probleminin həlli ilə bağlı mövqelərində kəskin dəyişikliyi hiss etməmək mümkün deyil. Onlar məsələyə daha obyektiv yanaşmağa başlayıblar. Məsələnin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsinə üstünlük verirlər.
Ortada Rusiya faktoru var. Bu faktorun da müsbət istiqamətə yönəldilməsi üçün Türkiyənin səylər göstərdiyinin şahidiyik. Bütün bu hadisələrin fonunda belə qənaətə gəlmək olar ki, dünyada gedən proseslər Azərbaycanın apardığı fəal xarici siyasət nəticəsində Dağlıq Qarabağ probleminin nizamlanması ilə bağlı obyektiv fikirlər formalaşmaqdadır".
Əli