Trans-Xəzər qaz kəmərinə daha qadağa qoyula bilməz Siyasət

Trans-Xəzər qaz kəmərinə daha qadağa qoyula bilməz

Xəzərin hüquqi statusu ilə bağlı bu günlərdə imzalanmış Konvensiya "layihələri ölkələrin iştirakçıları olduqları beynəlxalq müqavilələrdəki ekoloji tələblər və standartlara uyğun gəldiyi təqdirdə" Xəzər dənizinin təki ilə sualtı kabel və boru kəmərləri çəkmək imkanını təsdiqləyir.
Sənədin mətnində göstərildiyi kimi, həmin xətlərin çəkilməsi marşrutunu yalnız dib sektorlarından istifadə olunan ölkələr müəyyənləşdirəcək.
Bu barədə Türkmənistanın "Türkmən dovlet xabarları" dövlət informasiya agentliyi yazır.
Mətbu orqan bununla bağlı ixtisaslaşmış "Natural Gas World" informasiya dərgisindən sitat gətirir:
"22 illik danışıqlardan sonra Rusiya, İran, Türkmənistan, Azərbaycan və Qazaxıstan avqustun 12-də Xəzər dənizinə "xüsusi hüquqi statusun verilməsi" haqqında Konvensiyanı imzaladılar.
Bu, o deməkdir ki, türkmən qazını Azərbaycanla, oradan isə Qərbi Avropa bazarları ilə birləşdirəcək Trans-Xəzər sualtı qaz kəmərinə daha veto qoyula bilməz".
"Hazırda Trans-Xəzər qaz kəməri magistralı dünya mətbuatında müzakirə olunan əsas mövzulardan biridir", - Türkmənistanın dövlət agentliyi qeyd edir.
"Eurasianet" müstəqil xəbər təşkilatının rəyinə görə, qaz kəməri layihəsi üzərində iş aparılmalıdır.
"Verisk Maplecroft" şirkətinin analitiki "Rigzone" beynəlxalq internet-dərgisinin səhifələrində bəyan edir:
"Konvensiya dəqiqləşdirir ki, boru kəmərləri ərazilərindən keçən ölkələr arasında ikitərəfli danışıqlar məsələsidir.
Paralel ekoloji pakt isə digər sahilyanı dövlətlərin infrastruktur layihələrinə təsir edə və məsələnin ekoloji tərəfinə nəzarət edə biləcəklərini nəzərdə tutur"