Tramp: ABŞ İrandakı əməliyyatı 70-75% tamamlayıb
15 May 16:37
20 İyun 2019 12:35
1 442
Gürcüstan parlamentinin sədri İrakli Kobaxidze Azərbaycana gəlir.
Bu məlumatı Gürcüstan parlamentinin rəsmi saytı yayıb. Səfər zamanı onun azərbaycanlı həmkarı Oqtay Əsədov, Prezident İlham Əliyev və Baş nazir Novruz Məmmədovla görüşləri planlaşdırılıb.
Kobaxidzenin Bakıda Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının 53-cü plenar sesiyasında iştirakı nəzərdə tutulub. Gürcü spikerin Bakı səfərinin 22 iyuna qədər davam edəcəyi vurğulanıb.
Gürcüstan mətbuatı Bakıda bir sıra mühüm məsələlərin müzakirə olunacağını açıqlayıb. Əsas müzakirə olunan məsələlərin Keşikçidağ və Azərbaycan-Gürcüstan sərhədinin demarkasiyası olacağı qeyd edilib.
15 May 19:31
2 905
15 May 17:57
1 295
15 May 16:58
1 197