Hulusi Kılıç Qüdrət Həsənquliyevin Türkiyədən Qarabağ çağırışına dəstək verdi - VİDEO Siyasət

Hulusi Kılıç Qüdrət Həsənquliyevin Türkiyədən Qarabağ çağırışına dəstək verdi - VİDEO

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev Moderator.az-a bu dəfki açıqlamasında Qarabağ münaqişəsinin çözüm yolları haqqında maraqlı fikirlər səsləndirib. Onlardan biri "nə qədər ki, Ərdoğan hakimiyyətdədir, bunu etməliyik. O, Azərbaycanı sevən, müstəqil və qürurlu adamdır. Sabah Dəmirəl kimi birisi Türkiyədə hakimiyyətə gəlsə, ən yaxın müttəfiqimiz Türkiyəni də itirəcəyik" açıqlamasıdır.

Moderator.az millət vəkilinin Ərdoğan haqqında xoş sözlər və ümumiyyətlə sabah müharibə başlayacağı təqdirdə Türkiyənin Azərbaycana verə biləcəyi dəstəklə bağlı Azərbaycan sevdalısı, Qarabağ dərdinə bizdən çox yanan keçmiş diplomat, Türkiyənin Azərbaycandakı keçmiş səfiri Hulusi Kılıçın fikirlərini öyrənmək istəyib. H. Kılıç Türkiyənin hər zaman qardaş Azərbaycanın yanında olduğunu bildirib:

"Mənim bu barədə yeni bir fikir bildirməyimə əslində heç gərək yox. Cümhur başqanımız Rəcəb Tayyib Ərdoğanın və onun komandasının, bütövlükdə 82 milyonluq Türkiyənin Azərbaycanla bağlı hansı mövqedə olduğunu bu günədək dostlarımız da, düşmənlərimiz də dəqiq bilir. Bu günlərdə xarici işlər nazirimiz Mövlud Çavuşoğlunun bu sarsılmaz qardaşlıqla bağlı Antalyada çox net açıqlamasına bir daha qulaq asmaq kifayətdir ki, Türkiyənin Qarabağ düyünü ilə bağlı hansı mövqedə olduğuna əmin olasınız. Açıq şəkildə ifadə edir ki, Azərbaycan Qarabağ problemini hansı yolla çözmək istəyirsə biz onun yanında olacağıq və onun haqlı davasında hər cür dəstək verəcəyik. Yəni Mövlud bəyi təkcə sizin sualınıza deyil, can Azərbaycanda hər kəsin Türkiyədən gözləntilərinə appaçıq cavab verib".

Moderator.az Mövlud Çavuşoğlunun həmin çıxışını da təqdim dir: