16 Sentyabr 23:38
29 Dekabr 2022 10:35
6 398
Milli fəal Mir Əkbər Hüseyni təhlükəsizlik məmurları tərəfindən saxlanılaraq naməlum yerə aparılıb.
Gunaz.tv
Onunla eyni vaxtda həbs edilən təbrizli milli fəal İbrahim Mühacir və Urmu şəhərindən olan Səid İbrahiminin də kimliyinin dəqiqləşdirilməsi mümkün olub.
O, hökumət məmurları tərəfindən öldürülən azərbaycanlı tələbə Aylar Həqqinin dekabrın 27-də Təbrizdə keçirilən 40 mərasiminə qatıldığı üçün həbs edilib.
Qeyd edək ki, Təbrizin "Vadi rəhmət" qəbristanlığında Aylar Həqqinin 40 mərasimi zamanı hökumət məmurları ilə mərasim iştirakçıları arasında qarşıdurma olub və Aylar Hqqinin valideynləri də daxil olmaqla 10-dan çox adam saxlanılıb.
Güney Azərbaycanın müxtəlif şəhərlərindən 40 mərasiminə toplaşan azərbaycanlılar "Azərbaycan yatmayıb, Aylarını atmayıb", "Azadlıq, Ədalət, Milli Hökumət" və türkcə başqa milli şüarlar səsləndiriblər.
15 Sentyabr 13:41
1 274
15 Sentyabr 13:40
1 162
15 Sentyabr 13:40
1 106
Rəqəmlər, ekspert fikirləri və dövlətin mübarizə mexanizmləri erkən evliliklərlə bağlı hansı mənzərəni ortaya qoyur? - ARAŞDIRMA