Ermənistan hökuməti TRIPP üzrə ABŞ-la çərçivə sazişinin ratifikasiyasını təsdiqləyib
Azərbaycan-Serbiya Yüksək Səviyyəli Birgə İşçi Qrupunun iclası keçirilib
AQTA: Gəncə və Samuxdakı kütləvi zəhərlənmələrin səbəbi evdə hazırlanan lavaşdır
Prezident İlham Əliyev “John Deere” şirkətinin nümayəndə heyətini qəbul edib
İran səfiri: İsrail ABŞ-ni regionda irimiqyaslı müharibəyə sürükləməyə çalışır
18 İyul 2019 15:47
17 948
Son vaxtlar Güney Azərbaycanın Tikantəpə şəhərində kürd terror qruplaşmaları tərəfdarlarının aktivləşməsi müşahidə olunur.
Teleqraf.com xəbər verir ki, bu barədə Güneydən olan milli fəallar məlumat yayıblar.
Məlumata görə, Güney Azərbaycana gəlmiş mühacirlər kürd terror qruplaşmalarına açıq-aşkar dəstək nümayiş etdirməyə başlayıblar. Onlar bu məqsədlə sosial şəbəkədə terrorçu qruplar, o cümlədən Kürdüstan Demokrat Partiyasını dəstəkləyən müraciətlər və fotolar nümayiş etdirirlər, kürd qruplaşmalarının bayraqlarını qaldırırlar.
Məlumata görə, Tikantəpədə terror təşkilatlarına dəstək verən şəxslərdən biri də Əbdülrəhman Qasımlı adlı şəxsdir. O, 1979-cu ildə İranda inqilab baş verdiyi vaxt fürsətdən istifadə edərək Güney Azərbaycanda “Kürdüstan” adlı qondarma respublika yaratmaq istəyən kürd dəstələrinə rəhbərlik edib və Sulduz şəhərində qətliam törədib.
Məlumatda qeyd edilib ki, kürd terror qruplaşmaları və tərəfdarları əsasən, Güney Azərbaycanın qərb bölgələrində fəallaşıb, onlar vaxtaşırı terror aktları törədirlər.
Güneydən olan milli fəallar bildirir ki, kürdlərin əsas məqsədi azərbaycanlıların bölgədən köçməsinə şərait yaratmaqdır. Güney Azərbaycanın kürdləşdirilməsi prosesinə İran hakimiyyətdən də dəstəyin verildiyi vurğulanıb.
Əlavə edək ki, son günlərdə vaxtaşırı olaraq kürd terror qruplaşmaları ilə İran ordusu arasında baş verən toqquşmaların sayı artıb. Son 10 gündə İran ordusu bölgədə kürd terror qruplaşmalarına qarşı 4 əməliyyat keçirib.
14 İyul 15:24
2 030
14 İyul 15:23
1 757
13 İyul 21:31
2 023