16 Sentyabr 23:38
13 İyun 2022 15:37
4 620
BMT Baş Assambleyasının (BA) 76-cı sessiyasının sədri Abdulla Şahid Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib.
Trend xəbər verir ki, Abdulla Şahid iyunun 13-də Bakıda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşdə Azərbaycanın BMT-nin ən fəal üzv ölkələrindən biri olduğunu qeyd edib və BMT üzvlüyünün 30 illiyi münasibətilə təbriklərini səsləndirib. BMT Baş Assambleyasının 76-cı sessiyasının sədri Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin uğurla icrasını təqdir edib. O, çoxtərəflilik üzrə liderliyinə görə Azərbaycan Respublikasının Prezidentinə təşəkkürünü ifadə edib.
A.Şahid Azərbaycan Prezidentinin COVID-19 pandemiyasına qarşı irəli sürdüyü qlobal əhəmiyyətli təşəbbüsləri yüksək qiymətləndirdiyini bildirib. O, Azərbaycanda, həmçinin Dayanıqlı İnkişaf Məqsədlərinin icrası istiqamətində milli səviyyədə görülən işləri təqdir edib.
09:59
189
09:46
287
16 Sentyabr 23:50
784
Rəqəmlər, ekspert fikirləri və dövlətin mübarizə mexanizmləri erkən evliliklərlə bağlı hansı mənzərəni ortaya qoyur? - ARAŞDIRMA