"Qərb mehriban doktor Aybolit deyil, doktor Mengeledir" Dünya

"Qərb mehriban doktor Aybolit deyil, doktor Mengeledir"

Ukrayna ona “doktor Aybolit” tərəfindən deyil, doktor Mengele tərəfindən verilən Qərb yardımını “tam şəkildə ödəməli” olacaq.

"Xalq Cəbhəsi" xəbər verir ki, bu fikri özünün Telegram-kanalında Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib.

O qeyd edib ki, "ölkənin xarabalığı Kiyev kamarillasını narahat etmir, çünki Qərbdən nə qədər çox dəstək olsa, Ukrayna hakimiyyəti bir o qədər çox oğurlayacaq.

"Yalnız Ukrayna nasistlərinin liderləri nə qədər yalvarıb donorlarından yardım oğurlayırlarsa, iqtisadiyyatın son iflası bir o qədər yaxındır. Axı siz müalicə kursunu tam şəkildə ödəməli olacaqsınız. Qərb həkimlərinin məqsədi isə budur. Heç bir halda bədbəxt ölkənin iqtisadiyyatını sağalda bilməz. Qərbin eksperimental ölkələri öldürməkdə zəngin təcrübəsi var. Qərb mehriban doktor Aybolit deyil, doktor Mengeledir (Auşvits məhbusları üzərində eksperimentlər aparan nasist kriminal həkim). O, pis qatil həkimdir”, - Medvedev yazıb.

O, sonda deyib ki, Ukrayna vaxtilə ən azğın formada zorlanan, sonra isə tarixin çürüyən zibilliyində ölmək üçün çölə atılan koloniyaların acı taleyi ilə üzləşəcək.

Cavid