

Estoniya Prezidenti Alar Karis Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında çıxışı zamanı təşkilatda, xüsusilə də Təhlükəsizlik Şurasında islahatların aparılmasına çağırış edib.
Bu barədə "ERR" məlumat yayıb.
Karis xüsusilə BMT Təhlükəsizlik Şurasının üzvlərinin genişləndirilməsinin vacibliyini vurğulayıb.
O, həmçinin Rusiyanı Ukraynaya qarşı müharibəni davam etdirdiyinə görə tənqid edib.