“Canı sağ olsun…” Hadisə

“Canı sağ olsun…”

Sabir Rüstəmxanlı: "Tənzilə Rüstəmxanlının namizədliyinin qeydə alınmamasını sakit qarşıladım"

"Tənzilə Rüstəmxanlı mən seçkilərdə iştirak etmədiyimə görə namizədliyini irəli sürmüşdü. İndi kim seçiləcəksə, canı sağ olsun".
Bunu APA-ya açıqlamasında Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, millət vəkili Sabir Rüstəmxanlı deyib. O, "Azəri-Türk" Qadınlar Birliyinin sədri, həyat yoldaşı Tənzilə Rüstəmxanlının deputatlığa namizədliyinin qeydə alınmamasına münasibət bildirərək bundan inciklik duymadığını qeyd edib: "Mən 25 il deputat olmuşam. Bu müddətdə həm ictimai təşkilatlarda, həm də Dünya Azərbaycanlıları Konqresində deputatlığın verdiyi səlahiyyətlər çərçivəsində çalışmışam. Yeni nəsillər gəlir, onlar da seçiləcəklər. Yəni, problem yoxdur, layiqli adamlar gəlirsə, seçilsinlər. Mən millətin vəkiliyəm və bu, davam edəcək. İnciklik duymuram".