“Xarici QHT-lərin maliyyələşməsi ilə bağlı heç bir problem olmayacaq” Hadisə

“Xarici QHT-lərin maliyyələşməsi ilə bağlı heç bir problem olmayacaq”

Azay Quliyev: "Proses davam etdiriləcək"

"Bizdə hər hansı bir problem yoxdur. Bu il QHT Şurasına ayrılan vəsait əvvəlki büdcədə olduğu kimidir. Proqramımızı əvvəlki qaydada davam etdirəcəyik". Bunu "Xalq Cəbhəsi"nə açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev deyib. O həmçinin xarici QHT-lərin maliyyələşməsində də heç bir problemin olmadığını önə çəkib: "Xarici QHT-lərin maliyyələşməsi ilə bağlı daimi proqram yoxdur. Bununla bağlı xüsusi müsabiqələr elan etmirik. Daimi əsasda təkliflər daxil olur. Maraqlarımıza uyğun olan təklifləri maliyyələşdiririk. Ona görə də xarici QHT-lərin maliyyələşməsi ilə bağlı da heç bir problem olmayacaq. Proses davam etdiriləcək".

Əli