BMT qarşısında aksiya keçiriləcək Hadisə

BMT qarşısında aksiya keçiriləcək

Ermənistanın BMT-dəki daimi nümayəndəliyi qarşısında etiraz aksiyası keçiriləcək. Bu barədə Birləşmiş Ştatlardakı Azərbaycan diasporunun fəalı Mehriban Nəsib məlumat verib.
O deyib ki, BMT-nin Baş Qərargahı qarşısında da etiraz aksiyası təşkil olunacaq: "Aksiya zamanı biz həm də çalışacağıq ki, insanları ermənilərin Xocalıda törətdikləri vəhşiliklər barədə məlumatlandıraq. Bunun üçün informasiya bülletenləri hazırlamışıq. Bir sözlə, Amerikanin azərbaycanlılar yaşayan hər şəhərində belə tədbirlərin keçirilməsi planlaşdırılıb".