Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_d/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_c/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_2/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_8/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_5/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_7/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_0/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_9/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_e/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_3/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_a/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_4/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_6/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_f/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_b/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642
Karantin rejiminin uzadılıb-uzadılmaması epidemioloji vəziyyətdən asılıdır

Karantin rejiminin uzadılıb-uzadılmaması epidemioloji vəziyyətdən asılıdır Hadisə

Karantin rejiminin uzadılıb-uzadılmaması epidemioloji vəziyyətdən asılıdır

“Azərbaycan dövləti koronavirus pandemiyası ilə mübarizə sayəsində ardıcıl tədbirləri davam etdirir. Ölkəmizdə həyata keçirilmiş zəruri tədbirlər çərçivəsində pandemiyanın mənfi təsirləri tədricən aradan qaldırılır, məhdudiyyətlər götürülür, yollar açılır, ümumən pandemiyadan öncəki vəziyyətə qayıdış üçün tədbirlər həyata keçirilir. Lakin hər kəs bilir ki, dünyada pandemiya hələ də var və bir çox ölkələrdə 2-ci, hətta 3-cü dalğaların başlanması haqqında məlumatlar yayılır. Məsələn. Böyük Britaniyada, İranda, eləcə də ABŞ-da, Hindistanda və başqa ölkələrdə COVID-19 virusu böyük təhdid faktoru olaraq qalmaqdadır. Bu səbəbdən də, Azərbaycanda da ehtiyatla və düşünülmüş şəkildə, aparılan təhlillərə əsaslanaraq qərarlar verilir. Bu cür ehtiyatlı siyasətin səbəbi isə insanlarımızın sağlamlığını qorumaq, COVID-19 pandemiyasının zərərlərini neytrallaşdırmaqdır. Ona görə də düşünürəm ki, sentyabrın 30-dan sonrakı müddətdə karantin rejiminin uzadılması haqqında qərar epidemioloji vəziyyətdən asılı olacaq”. Bunu Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.
Sədaqət Vəliyeva bildirib ki, ölkəmizdə tətbiq edilən karantin rejimi öz səmərəsini verir, lakin bugünkü məqamda ən önəmli məsələlərdən biri pandemiya ilə mübarizədə əldə olunan uğurları qorumaq və irəli getməkdir: “Bilirsiniz ki, payız-qış mövsümü müxtəlif xəstəliklərin fəallaşdığı dövrdür. Bu mənada, koronavirus ilə birlikdə bu xəstəliklər də insan orqanizmi üçün ciddi təhlükədir. Ona görə də bundan sonrakı dövrdə ən başlıca vəzifə koronavirusun yayılmasına, yeni yoluxma nöqtələrinin yaranmasına imkan verməməkdir. Təəssüf ki, yeni tədris ilinin başlanmasından bu günə qədərki müddətdə təxminən 131 şagird və 42 məktəb işçisi koronavirusa yoluxub. Bunun özü də bir siqnaldır ki, çox ehtiyatlı olmalıyıq”.
Sədaqət Vəliyeva, həmçinin Azərbaycanın koronavirus pandemiyası ilə mübarizədə əldə etdiyi nailiyyətlərin beynəlxalq səviyyədə təqdir olunmasından da danışıb: “Prezident İlham Əliyevin BMT-nin 75-ci sessiyasında çıxışı zamanı Azərbaycanın COVID-19 ilə mübarizədə həyata keçirdiyi tədbirləri diqqətə çatdırıb, eyni zamanda ölkəmizin pandemiya ilə qlobal mübarizəyə töhfələrini davam etdirməyə hazır olduğunu vurğulayıb. Təsadüfi deyildir ki, Ümumdünya Səhiyyə Təşkilatı pandemiya ilə mübarizədə Azərbaycanı nümunəvi ölkə adlandırıb. Eyni zamanda, Azərbaycanın koronavirus ilə bağlı 30-dan çox ölkəyə humanitar və maliyyə yardımı göstərməsi də beynəlxalq birlik tərəfindən alqışlanır”.