Gürcüstanda azərbaycanlı tələbələr yeni təşkilat yaradıblar Hadisə

Gürcüstanda azərbaycanlı tələbələr yeni təşkilat yaradıblar

Əli Babayev: "Ümid edirik ki, Azərbaycanın Gənclər və İdman Nazirliyi onlara Azərbaycanın diaspor təşkilatı kimi dəstək olacaq"

"Gürcüstanda 2 mindən artıq Azərbaycan vətəndaşı olan tələbələr təhsil alır. Bu tələbələr arasında fəal və intellektual gənclər var. Onların da Azərbaycanla bağlı fəaliyyət göstərmək üçün imkanları var. Onlar Azərbaycanın mədəniyyətini, dilini tanıtmaq və digər məsələlərlə bağlı fəaliyyət göstərmək istəyirlər". Bunu Gürcüstan Azərbaycanlılarının Milli Konqresinin rəhbəri Əli Babayev yeni yaradılan Gürcüstanda Azərbaycanlı Tələbələrin Təşkilatı ilə bağlı sualımızı cavablandırarkən deyib: "Burada bir neçə ali məktəb var -Texniki Universitet, Tibb Universiteti və sair. Bu ali təhsil müəssilərində azərbaycanlı tələbələr təhsil alırlar. Biz fikirləşdik ki, onlarla görüşək və onların birliyi, Azərbaycanı necə təmsil edəcəkləri ilə bağlı fikir mübadiləsi aparaq. Onlar da bu məsələyə müsbət yanaşdılar. Qərara gəldik ki, bu təşkilat yaransın. Ümid edirik ki, Azərbaycanın Gənclər və İdman Nazirliyi tələbələrə Azərbaycanın diaspor təşkilatı kimi dəstək olacaq. Gürcüstan Azərbaycanlılarının Millin Konqresi olaraq biz də bu təşkilata əlimizdən gələn köməyi əsirgəməyəcəyik. İstəyirik ki, bunlar bayram günlərində, anım tədbirlərində tədbirlər keçirsinlər və digər toplantılar düzənləsinlər. Laızm gələrsə bu təşkilatın aksiya keçirmək imkanı da olacaq. Bu gənclər Azərbaycan vətəndaşıdırlar və Azərbaycanı dəstəkləmək üçün imkanları var. Fikrimiz var ki, yanvarın 19-da Gürcüstan Azərbaycanlılarının Milli Konqresi olaraq tələbələrlərlə birgə beynəlxalq konfrans keçirək. Burada həmçinin gürcü tələbələrlə də fikir mübadiləsi aparılacaq".

Əli