“Facebook” dan yenilik Hadisə

“Facebook” dan yenilik

Hesabınızı miras qoya bilərsiniz

Artıq insanlar "Feysbuk" hesabını miras qoya biləcəklər. 1,5 milyarda yaxın aylıq aktiv istifadəçi sayı ilə dünyanın ən böyük sosial media şəbəkəsi hesab edilən "Feysbuk" (Facebook) daha bir yeniliyini təqdim edib. Belə ki, artıq həyatını itirən istifadəçilərin ölüm günü xatırlanacaq. Onun hesabı təsdiq ediləndən sonra xüsusi şəkildə işarələnəcək. Bildiriş və digər variantlar bağlanacaq, ancaq ölümünü xatırlamaq mümkün olacaq.
Həmçinin "Feysbuk" daha da irəli gedərək istifadəçidən ölmədən öncə hesabını kimə miras buraxacağını soruşur.
Bunu "Legacy Contact", yəni "Miras kontraktı" olaraq hesabların təhlükəsizlik parametrlərinə gələn menyuya daxil olaraq etmək mümkündür. Burada öldüyünüz halda, hesabınıza nəzarətin kimə keçəcəyini qeyd etmək lazımdır. Həmin şəxs də hesabınızın profil və qapaq şəklini dəyişdirə, həmçinin hesabınızı tamamilə bağlaya bilər.