Astanada V Beynəlxalq İnvestisiya Forumu keçiriləcək İqtisadiyyat

Astanada V Beynəlxalq İnvestisiya Forumu keçiriləcək

"VII Astana İqtisadi Forumu"u çərçivəsində bu il mayın 21-də İstiqlaliyyət sarayında "Astana Invest 2014" adlı V Beynəlxalq İnvestisiya Forumu keçiriləcək. "Astana Invest" Forumunun məqsədi yerli və xarici investisiyaları Astanaya cəlb etmək, şəhərin investisiya inkişafı üzrə hazırkı məsələlərin müzakirəsi üçün bütün iştirakçıları marağına nail olmaq, eyni zamanda "Astana" imicinin təşviqi və beynəlxalq əməkdaşlığın yaradılmasıdır.
Bunu sözügedən Forumun media tərəfdaşı olan Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimoğlu "VII Astana İqtisadi Forumu"unun mətbuat xidmətinə istinadən deyib.
Müxtəlif hökumət agentlikləri, milli şirkətlər, inkişaf və maliyyə institutlarından, beynəlxalq investisiya şirkətlərindən, daxili və xarici biznes strukturlarından təxminən 400 nəfərin iştirakı gözlənilir.
Forumda Astananın "Ağıllı şəhərlər"in ən yüksək zirvəsinə daxil olması və Beynəlxalq dərəcədə hazırlanmış "EXPO - 2017" sərgisi üçün şəhərin infrastrukturunun hazırlanması məsələləri də müzakirə olunacaq.
Bundan başqa vahid sənaye - inovativ sərgisi çərçivəsində və Astana sənaye parkına səyahət ərzində Forumun qonaqları üçün paytaxtın investisiya tələb edən layihələri təqdim olunacaq.
Forumda investorlarla iqtisadi, hüquqi və regiondakı biznesin digər aspektləri barədə məlumat öyrənmək, Astananın investisiya layihələri ilə bağlı məlumat əldə etmək, həmçinin rəsmi nümayəndələrlə danışıqlar aparmaq və biznes mühitində olan regional investisiya əməkdaşlığı qurmaq imkanı veriləcəkdir.
Xatırladaq ki, bundan əvvəlki forumda təxminən 500 nəfər iştirak edib, investorlarla 1,5 milyard ABŞ dolları məbləğində 10 əməkdaşlıq memorandomu imzalanıb.

XC