26 Dekabr 2019 11:13
1 995
“Azərbaycan Dəmir Yolları” QSC Dünya azərbaycanlılarının Həmrəylik Günü və Yeni ilin gəlişi ilə əlaqədar Bakı-Gəncə istiqamətində əlavə daha bir qatar təyin edib.
QSC-nin mətbuat katibliyindən bildirilib ki, Bakı-Gəncə-Bakı istiqamətində sərnişinlərin daşınmasına artan tələbatı təmin etmək məqsədilə dekabrın 30-da Bakıdan saat 8:00-da yola düşəcək qatar saat 11:45-də Gəncəyə çatacaq. Gəncədən isə saat 16:00-da Bakıya yola düşəcək və saat 19:45-də paytaxtda olacaq.
10:37
665
15 May 17:25
1 309
15 May 15:45
1 316