Qüdrət Həsənquliyev Xətai rayonunda seçiciləri ilə görüş keçirib
15 Noyabr 13:58
15 Noyabr 13:58
14 Noyabr 16:16
14 Noyabr 14:16
"Ədalət, şəffaflıq və ictimai nəzarət uğrunda fəaliyyətimizi davam etdirəcəyik” - QHT sədri
Azərbaycan-Özbəkistan münasibətləri müttəfiqlik sütunu üzərində daha da möhkəmlənir
Prezident İlham Əliyev Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub
Polşa XİN rəhbəri: Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq
Politoloq: Azərbaycan–Özbəkistan tandemi TDT-ni regional güc mərkəzinə çevirir
28 İyul 2020 19:11
3 325
Azərbaycan, Əfqanıstan və Türkmənistan arasında Yol Xəritəsi layihəsi müzakirə edilib
Azərbaycan, Əfqanıstan və Türkmənistan arasında ticarət və investisiya, energetika, nəqliyyat və logistika, telekommunikasiya və informasiya texnologiyaları, gömrük və sərhəd məsələləri sahələrində əməkdaşlığın genişləndirilməsi və dərinləşdirilməsi üzrə Yol Xəritəsi layihəsinin müzakirəsi məqsədilə üç ölkənin nümayəndələrindən ibarət İşçi Qrupun videokonfrans formatında görüşü keçirilib.
Trend Nazirlər Kabinetinə istinadən xəbər verir ki, görüşdə çıxış edən İşçi Qrupun Azərbaycan tərəfindən rəhbəri, Baş Nazirin müavini Şahin Mustafayev Azərbaycan, Əfqanıstan və Türkmənistan prezidentlərinin iyulun 2-də videokonfrans vasitəsilə keçirilmiş görüşü zamanı verilmiş tapşırıqlara uyğun olaraq Azərbaycan tərəfindən üç ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi və dərinləşdirilməsi üzrə Yol Xəritəsi layihəsinin hazırlandığını qeyd edib.
Tərəflər Azərbaycan, Əfqanıstan və Türkmənistan arasında əsasən nəqliyyat və kommunikasiya sahəsində əməkdaşlığın hazırkı vəziyyəti və gələcək inkişafına dair geniş fikir mübadiləsi aparıblar.
İşçi Qrupa Əfqanıstan tərəfindən Mərkəzi Bankın sədri vəzifəsini icra edən Acmal Ahmadi, Türkmənistan tərəfindən isə Nazirlər Kabinetinin sədr müavini Bayramgeldi Ovezov rəhbərlik edirlər.
14 Noyabr 17:56
2 289
14 Noyabr 17:40
2 212
14 Noyabr 17:19
2 387