“Liderlər arasında intensiv səfərlər siyasi iradənin gücünü nümayiş etdirir”
Prezident İlham Əliyev WTDC-25-in iştirakçılarına müraciət ünvanlayıb
ADB kredit limitini ləğv etdi – illik maliyyələşdirmə 36 mlrd. dollara çatacaq
“ABŞ-ın müttəfiqini tək qoyacağı düşüncəsi İranın növbəti böyük səhvi olacaq”
25 Noyabr 2020 10:10
2 268
"Enerji mənbələri bütövlükdə qlobal iqtisadiyyat üçün əhəmiyyətli rol oynayır və bu sahəyə edilən təcavüz qlobal neft tədarükü proseslərinin pozulmasına gətirəcək".
"APA-Economics"in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bunu Əlcəzairin enerji naziri, OPEC Konfransının Prezidenti Abdelmajid Attar "Ənsar Allah" üsyançılar hərəkatı (husilər) tərəfindən "Saudi Aramco"nun Ciddə şəhərində yerləşən yanacaq rezervuarına endirilən raket zərbəsini şərh edərək deyib.
Ə. Attar tələb və təklifin təhlükəsizliyinin, dünya bazarlarına enerji tədarükünün sərbəst qalmasının və heç bir şəkildə məhdudlaşdırılmamasının vacibliyini qeyd edib.
Bununla yanaşı, Ə. Attar hər hansı bir OPEC ölkəsində neft obyektlərinə edilən hücumları qınayıb.
Xatırladaq ki, noyabrın 23-də "Ənsar Allah" üsyançılar hərəkatı (husilər) Ciddə şəhərində "Saudi Aramco" şirkətinin neft obyektinə raket hücumunun apardığını bildirib. Bununla yanaşı, husilər krallıqda fəaliyyət göstərən xarici şirkətlərə bu cür əməliyyatların davam etdiklərinə görə ehtiyatlı olmağı tövsiyə ediblər.