Katz İrana zərbələri gücləndirmək əmri verib
27 Mart 15:59
27 Mart 15:59
27 Mart 13:45
25 Noyabr 2020 10:12
2 471
Bu ilin yanvar-oktyabr aylarında Türkiyə ərazisi ilə Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri vasitəsilə 175,97 mln. barelə yaxın neft nəql edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,8% azdır.
"APA-Economics"in Türkiyənin borularla nəqletmə operatoru olan "BOTAŞ" şirkətinə istinadən verdiyi məlumata görə, 2019-cu ilin yanvar-oktyabr aylarında kəmər vasitəsilə Türkiyə ərazisi ilə 197,21 mln. barel neft nəql edilib.
Qeyd edək ki, ötən il Türkiyə ərazisi ilə BTC vasitəsilə 235 243 min barel neft nəql edilib, bu da 2018-ci ilin göstəricisi ilə müqayisədə 8,03% azdır.
BTC kəməri ilə Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yataqlarında hasil edilən neft idxal edilir. Bundan başqa, kəmər vasitəsi ilə digər istehsalçıların nefti də Türkiyə ərazisinə göndərilir.
27 Mart 12:35
1 484
27 Mart 09:13
1 379
26 Mart 12:00
2 037