BAXCP hökumətə çağırış etdi Siyasət

BAXCP hökumətə çağırış etdi

Fevralın 10-da Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası İdarə Heyətinin növbəti iclası keçirilib. Partiyanın mətbuat xidmətindən verilən məlumata görə, iclasda qərarların icra vəziyyəti, ölkədəki ictimai-siyasi durum müzakirə edilib.
İclasda, eyni zamanda, 1828-ci il fevralın 10-da Azərbaycanı ikiyə bölən, İran və Rusiya arasında bağlanmış Türkmənçay müqaviləsinin 186-cı ildönümündən bəhs olunub.
BAXCP hesab edir ki, bu, Aərbaycanın tarixində bir qara ləkədir:"Azərbaycanın bütövlüyü, güclü olması üçün xalqın birliyi lazımdır. Bu mənada Azərbaycan Respublikasının üzərinə də böyük məsuliyyət düşür. Belə ki, birliyə və yaxınlaşmaya nail olmaq üçün birinci növbədə İran İslam Respublikasından Azərbaycan Respublikasına oxumağa gələn azərbaycanlıların pulsuz təhsil almasına şərait yaradılmalıdır. Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında mövcud olan viza rejiminin aradan qaldırılması üçün həlli mümkün və zəruri addımlar atılmalıdır".
BAXCP eyni zamanda, Cənubi Azərbaycanda məktəblərdə tədrisin Azərbaycan dilində aparılması üçün İran hökuməti tərəfindən ciddi tədbirlərin görülməsini də zərur hesab edir.