“Uzun illərdir ki, Dağliq Qarabağ münaqişəsi dondurulmuş münaqişəyə çevrilib” Siyasət

“Uzun illərdir ki, Dağliq Qarabağ münaqişəsi dondurulmuş münaqişəyə çevrilib”

"Mən 1995-2005-ci illərdə Polşanın prezidenti olarkən Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələlərdə iştirak edirdim".
Bu sözləri Polşanın keçmiş prezidenti Aleksandr Kvasnevski deyib. O bildirib ki, Polşa Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünü təşkil edib: "Münaqişənin həlli ilə bağlı hansısa həllə və bu dramın sona çatdırılmasına nail olmağa çalışırdıq. Çox təəssüf ki, illər keçsə də, vəziyyət dəyişməyib. Uzun illərdir ki, münaqişə dondurulmuş münaqişəyə çevrilib. BMT Təhlükəsizlik Şurasının qətnamələri yerinə yetirilmədən mən irəliləmə şansı görmürəm. Çox optimist deyiləm, lakin hesab edirəm ki, dünya ictimaiyyətindən və BMT TŞ-dən tələb etmək lazımdır ki, bu qərarların yerinə yetirilməsi üçün mümkün olan hər şeyi etsinlər. Bu, bir nömrəli vacib addımdır".