“Ermənilər terrorizm coğrafiyası yaradıblar” Siyasət

“Ermənilər terrorizm coğrafiyası yaradıblar”

Mübariz Əhmədoğlu: "Çoxsaylı ölkələrin ərazilərində məhz milli və dini zəmində terror hadisələri törədiblər"

"Rusiya Xarici İşlər Nazirliyinin son vaxtlar ermənilərin bütün, o cümlədən separatçı hərəkətlərinə dəstək verməsi göz qabağındadır". Bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib. Onun sözlərinə görə, RF XİN-nin yüksək çinli rəsmilərinin ermənilərin açıq üzdə olan fəaliyyətləri barədə də bəzi şeyləri bilməməsi mümkün deyil:
I. Ermənilər terrorizm coğrafiyası yaradıblar. Dünyanın bir və ya iki dövlətindən deyil, çoxsaylı ölkələrin ərazilərində məhz milli və dini zəmində terror hadisələri törədiblər. Türk diplomatlarının, siyasətçilərinin ermənilər tərəfindən qətlə yetirilməsi ilə bağlı məlumatlar hədsiz çoxdur.
II. Siyasi sifarişlə terror törədiblər. Bəlkə də müasir anlayışda siyasi terrorun müəllifi ermənilərdir. 1978-ci ildə Moskva metrosunda ermənilərin törətdiyi partlayış terror hadisəsidir və siyasi sifariş idi. O zaman ermənilərin Moskvada metrosunda terror törətməsinə şərait yaradanlar da SSRİ rəhbərliyində ermənilər tərəfindən ələ alınmış şəxslər idi. Bu gün də RF XİN-nin rəhbərliyinə eyni təsirləri edilməsi cəhdlər seziliə bilər.
III. Ermənilər Azərbaycan SSR və sonra Azərbaycan Respublikası ərazisində çoxsaylı terror hadisələri törədiblər.
IV. ABŞ-dakı ermənilərin Rusiyanın maraqlarına xidmət etməsi qeyri-mümkündür. Bu sadəcə RF Xİ naziri S.Lavrovun və RF XİN mətbuat xidmətinin rəhbəri M.Zaxarovanın Rusiyanın xüsusi xidmət orqanlarını çaşdırmaq üçün hazırladığı səfsətədir. ABŞ-dakı ermənilər özünü çox rahat hiss edirlər və bundan sonra da Rusiyadakı ermənilərə nisbətən ABŞ-dakı ermənilər uzun müddət özlərini rahat hiss edəcəklər. S.Lavrov və M.Zaxarova yalnız öz şəxsi və korporativ maraqlarına görə ermənilər haqqında belə imic yaradırlar. Dünya ermənilərinin Rusiya rəhbərliyinə münasibətinin ən bariz göstəricisi 2014-cü ilin mart ayından başlayan Kəsab (Suriya) hadisələridir. RF prezidenti V.Putinin göstərişi ilə Rusiya televiziyaları bu hadisəni geniş işıqlandırdılar və "erməni soyqırımı" termini yenidən gündəliyə gətirildi. Şəxsən nazir S.Lavrov Kəsabda baş verənləri erməni xalqının genosidi kimi dəyərləndirdi. KTMT işə qoşuldu. V.Putin prezident S.Sərkisyana Kəsaba sülhməramlı göndərməyi təklif etdi. Məqsəd aydın idi. Dalınca KTMT adı ilə Rusiya qoşunları Kəsaba və oradan da Suriyanın digər yerlərinə yerləşdiriləcəkdir. Bəlkə də o zaman bu Suriyadakı faciənin miqyasını azalda bilərdi. S.Sərkisyan Putini imtina etdi. Ermənistanın ictimai-siyasi mühiti və dünya erməniliyi Rusiyaya qarşı ittihamlar yağdırdılar. RF XİN rəsmiləri özlərinin yaydığı rəsmi sənədlərlə tanış olmaqla bu dediklərimizin düzgünlüyünə əmin ola bilərlər.
Suriyada 100 minlik erməni icması dağıldı, amma dəstək üçün Rusiyaya müraciət etmədi.
Suriya erməniləri patriarx Kirilin Suriyaya səfərini boykot edən yeganə xristian icma oldu. Başına bomba yağan erməninin Rusiyaya yaxınlaşmaması fonunda ABŞ və Kanada ermənilərinin Rusiyaya casusluq edəcəyinə yalnız sadəlöhvlər inanır. Çünki Lavrovun ABŞ-da yaşayan və rus dilini bilməyən qızının həyat yoldaşının şirkətində böyük problemlər var. Ola bilər bu problemləri ABŞ rəsmiləri bilərəkdən yaradıblar. Eyni ilə bu prizmadan RF XİN-in digər rəsmilərinin ABŞ-dakı korporativ maraqlarına da yanaşmaq olar.
Kreml rəsmilərinin vaxtilə ABŞ-ın dəstəyi ilə ermənilərin Azərbaycan ərazisində yaratdığı separatizm ocağına münasibəti adekvat olsaydı, bu gün Azərbaycanın Rusiya ermənilərinə münasibəti çox fərqli ola bilərdi.
Rusiya Dövlət Dumasının çoxsaylı deputatları, populyar şəxsləri son 30 ildə dəfələrlə Dağlıq Qarabağda olublar və separatçılığa dəstək veriblər. RF XİN heç vaxt Rusiya vətəndaşlarının Azərbaycan ərazisindəki qeyri-qanuni fəaliyyətinə münasibət bildirməyib. Ən azı publik şəkildə belə çağırış yoxdur.
Rusiyanın ATƏT MQ-yə təkbaşına sədrlik etdiyi dövrdə Dağlıq Qarabağ tənzimlənməsi daha düyünə düşdü. Rusiyalı sədr V.Kazimirov bu gün RF XİN-də ən nüfuzlu şəxslərdən biridir.
Ermənistana və işğal altındakı ərazilərimizə nəinki azərbaycanlılar, hətta Azərbaycanın məhsulları daxil ola bilmir.
Rusiya erməniləri Türkiyə və Azərbaycana münasibətdə nifrət dalğası yaratmaq üçün əllərinə düşən bütün fürsətlərdən istifadə ediblər. RF-in rəsmi strukturlarını antiAzərbaycan və antiTürkiyə rupora çeviriblər. RF XİN bunu görmədi.
Rusiya ərazisində qarşısında ən çox piketin keçirildiyi səfirlik Türkiyə səfirliyidir. Piketi keçirənlər milliyyətcə ermənilərdir.
Milliyyətcə erməni Rusiya vətəndaşı Moskvadakı Türkiyə səfirliyinə güllə atdı. RF XİN və eləcə də digər Rusiya rəsmiləri öz vətəndaşları olan ermənilərlə Rusiyanın qonşusu olan dövlətlərə qarşı belə kriminalların yolverilməz olması barədə heç bir izahat işinin aparılması barədə təşəbbüsü yoxdur.
RF XİN hətta öz vətəndaşlarına Türkiyə və Azərbaycan Respublikalarının fərqli dövlətlər olduğunu belə izah etməyib.
Bu kontekstdən RF XİN-nin milliyyətcə erməni olan vətəndaşlarının Azərbaycan Respublikasında diskriminasiyaya məruz qalması barədə dedikləri qərəzlidir və Azərbaycan dövlətçiliyinin zəifləməsinə doğru yönəlmiş addımlardır.
Azərbaycanda böyük əksəriyyət Rusiya ilə münasibətlərin yüksək dəyərini başa düşür və buna sevinir.
RF XİN Rusiya ərazisində yaşayan vaxtilə Azərbaycandan köçən ermənilərin və Ermənistandan qovulmuş azərbaycanlıların münasibətlərinin qurulmasına təşəbbüs göstərsin. Belə ermənilər və azərbaycanlılar hətta XİN-nin qonşuluğunda yaşayırlar".