Neft sənayesi işçilərinə fəxri adlar, orden və medallar verilib Siyasət

Neft sənayesi işçilərinə fəxri adlar, orden və medallar verilib

Prezident İlham Əliyev Azərbaycan Respublikasının neft sənayesi işçilərinə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla Azərbaycan Respublikasında neft sənayesi sahəsində uzunmüddətli səmərəli fəaliyyətlərinə görə Alıyev Nadir Əli oğlu, Hüseynov Şahmar Şəmistan oğlu, Hüseyn-zadə Rəfiqə Abdul Ağa qızı, Lətifov Yaşar Aydın oğlu və Süleymanov Fuad Salman oğluna "Əməkdar mühəndis", Qasımov Fərrux Zakir oğluna isə "Əməkdar hüquqşünas"
fəxri adı verilib.
Dövlət başçısının digər sərəncamı Azərbaycan Respublikasında neft sənayesi sahəsində uzunmüddətli səmərəli fəaliyyətlərinə görə Yusifzadə Xoşbəxt Bağı oğlu 1-ci dərəcəli "Əmək" ordeni, Əmirov Nail Nurov oğlu, Mövsümov Fəxrəddin Hədulla oğlu 3-cü dərəcəli "Əmək" ordeni, Mustafayev Bəylər Abbas oğlu 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, Abdullayev Aydın İslam oğlu, Ağayev Mirzə Daşdəmir oğlu, Aslanbəyli Bəxtiyar Əli oğlu, Aslanov Namiq Musa oğlu, Bağırov Zaur Əli oğlu, Bəşirov Rafiq Mirzağa oğlu, Cabbarov Ceyhun Fərəməz oğlu, Cəbrayılov Xudaverdi İbad oğlu, Drumond Evan Ceyms, Əfəndiyev İsrail Oruc oğlu, Əhmədzadə Vüqar Ağaisa oğlu, Əliyev Ələddin Mustafa oğlu, Əliyev Qurban Yaqub oğlu, Əliyev Nazim Mirzəli oğlu, Gözəlov Vilayət Qaraca oğlu, Hacıyev Ağamalı Tahir oğlu, Həmidov Əlzaman Əlsafa oğlu, Həsənov İmanverdi Əliqulu oğlu, Həsənov Rəşad Fəyaz oğlu, Həsənov Vidadi Salahəddin oğlu, Hüseynov Ağaəli Məmməd oğlu, Hüseynov Namiq Ağamhüseyn oğlu, İsayev Ramin Əli oğlu, İsmayılov Nazim Şahmar oğlu, İsmixanov İsrail Eyvaz oğlu, Qasımov Maarif Tapdıq oğlu, Qədirov Cəbrayıl Ağa Əşrəf oğlu, Qədirov Samir Müsrət oğlu, Qəhrəmanov Qəhrəman Nərimanoviç, Qəhrəmanov Söhbət Oruc oğlu, Qəmbərov Vidadi Ağasəf oğlu, Qocayev Rasət Cəmil oğlu, Quliyev Muxtər Məmmədəli oğlu, Quliyev Mübariz Maşallah oğlu, Quliyev Şahbala Tarverdi oğlu, Quluyev Arzuman Yaqub oğlu, Mehdiyev Kamil Kamal oğlu, Məhəmmədov Telman Məhərəm oğlu, Məhərrəmov Vasif Kamal oğlu, Məmmədov Abdulla Qara oğlu, Məmmədov Məsrəf Mənsim oğlu, Məmmədov Zakir Abdulla oğlu, Mirzəyev Mais Şahvələd oğlu, Mustafayev Xalıq Rafiq oğlu, Nadirov Azad Nadir oğlu, Nemətov Şəfiq Tofiq oğlu, Nəsibli Fazil İbrahim oğlu, Niftəliyev Oqtay Niftəli oğlu, Ömərov Toğrul İlham oğlu, Rəhmanov Rəhman Nəriman oğlu, Robert MakEvan, Salavatov Yusup Şarabudinoviç, Süleymanov Elnur Tahir oğlu, Vəliyev Yaşar Məhi oğlu, Yusifov Loğman Xasay oğlu "Tərəqqi" medalı ilə təltif ediliblər.
Prezident İlham Əliyevin digər sərəncamı ilə Azərbaycan Respublikasında neft sənayesi sahəsində uzunmüddətli səmərəli fəaliyyətlərinə görə Abdullayev Rafiq Qəzənfər oğlu, Eyvazov Maqsud Əli oğlu, İbadov Faiq Aslan oğlu, İsmayılov Əli Məmməd oğlu, Rəhmanov Rahib Ramiz oğlu və Vəliyev İsmət Süleyman oğluna Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilib.