“Azərbaycan Rusiya üçün vacib tərəf müqabilidir” Siyasət

“Azərbaycan Rusiya üçün vacib tərəf müqabilidir”

Bu gün Rusiya Federasiyasının İqtisadi İnkişaf naziri Maksim Oreşkinin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana gələcək. Səfər çərçivəsində Azərbaycanla Rusiyanın dövlət sərhədində nümayəndə heyətləri "Yaraq-Qazmalar" sərhəd buraxılış məntəqəsində yenidənqurma və rekonstruksiya işlərinə, "Samur" sərhəd buraxılış məntəqəsinə və Samur çayı üzərində avtomobil körpüsünün tikintisinə baxış keçirəcək, eyni zamanda fevralın 9-da Hacıqabul Sənaye Məhəlləsində Azərbaycan-Rusiya iqtisadi əməkdaşlığının inkişafı imkanları müzakirə ediləcək, Azərbaycanın "Azərmaş" şirkətinin Rusiyanın "Qaz Qrup" şirkəti ilə birgə həyata keçirdiyi layihə üzrə kommersiya və xüsusi təyinatlı avtomobillərin istehsalı zavodunun təməli qoyulacaq.
Buna münasibət bilirən deputat Rasim Musabəyov deyib ki, Azərbaycanla Rusiya arasında olan münasibətlər yüksələn xətlə davam edir. O bildirib ki, bizim Rusiya ilə iqtisadi sahədə olan münasibətlərimiz daim inkişaf etməkdədir: "Bu baxımdan Azərbaycan Rusiya üçün çox yaxşı və yaxşı olduğu qədər də vacib tərəf müqabilidir. Bu prosesdə həmçinin, Rusiya Azərbaycan üçün vacib iqtisadi partnyordur. Bununla da iki ölkə arasında artan ticarət daha da genişlənəcək".