Qüdrət Həsənquliyev Xətai rayonunda seçiciləri ilə görüş keçirib
15 Noyabr 13:58
15 Noyabr 13:58
14 Noyabr 16:16
14 Noyabr 14:16
"Ədalət, şəffaflıq və ictimai nəzarət uğrunda fəaliyyətimizi davam etdirəcəyik” - QHT sədri
Azərbaycan-Özbəkistan münasibətləri müttəfiqlik sütunu üzərində daha da möhkəmlənir
Prezident İlham Əliyev Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub
Polşa XİN rəhbəri: Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq
Politoloq: Azərbaycan–Özbəkistan tandemi TDT-ni regional güc mərkəzinə çevirir
6 Sentyabr 2019 14:07
1 876
"Azərbaycan heç bir dövlətin daxili işlərinə qarışmır və özünün də daxili işlərinə qarışmağa heç bir dairəyə imkan vermir”.
Bunu Azərbaycan Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Xaricdə magistr təhsilinin maliyyələşdirilməsi” müsabiqəsinin qalibləri ilə görüşündə deyib.
O, rəsmi Bakının xarici siyasəti, turizm, nəqliyyat, ticarət sahəsində yürütdüyü siyasətlə bağlı gənclərin suallarını cavablandırıb.
H.Hacıyev qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikası dövlət quruculuğunun bütün istiqamətlərdə, o cümlədən xarici siyasət sahəsində ciddi uğurlara imza atıb: "Azərbaycan Respublikası sözün əsl mənasında müstəqil xarici siyasət yürüdən ölkədir. Bu müstəqil siyasətin əsasını Azərbaycanın milli maraqları və ölkə vətəndaşlarının mənafeyinin qorunması təşkil edir. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan bu strategiya tarixi təcrübəni, geosiyasi reallıqları nəzərə alaraq, çoxistiqamətli və tarazlaşdırılmış əsasda praqmatik və realist prinsiplərlə həyata keçirilir. Gərgin və nizamsız beynəlxalq münasibətlər şəraitində ölkəmiz beynəlxalq hüququn norma və prinsipləri əsasında xarici siyasət yürüdərək, heç bir dövlətin daxili işlərinə qarışmır və özünün də daxili işlərinə qarışmağa heç bir dairəyə imkan vermir".
Qeyd edək ki, sentyabrın 5-də Azərbaycan Respublikasının Gənclər Fondunun elan etdiyi “Xaricdə magistr təhsilinin maliyyələşdirilməsi” müsabiqəsinin qalibləri AzərbaycanRespublikası Prezidenti Administrasiyası Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin və Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərovun iştirakı ilə görüş keçirilib.
16 Noyabr 13:33
1 365
15 Noyabr 21:25
2 170
15 Noyabr 17:47
1 743