Qüdrət Həsənquliyev Xətai rayonunda seçiciləri ilə görüş keçirib
15 Noyabr 13:58
15 Noyabr 13:58
14 Noyabr 16:16
14 Noyabr 14:16
"Ədalət, şəffaflıq və ictimai nəzarət uğrunda fəaliyyətimizi davam etdirəcəyik” - QHT sədri
Azərbaycan-Özbəkistan münasibətləri müttəfiqlik sütunu üzərində daha da möhkəmlənir
Prezident İlham Əliyev Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub
Polşa XİN rəhbəri: Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq
Politoloq: Azərbaycan–Özbəkistan tandemi TDT-ni regional güc mərkəzinə çevirir
28 May 2020 12:51
1 694
Gürcüstan parlamentinin azərbaycanlı millət vəkili Azər Süleymanov 28 May - Respublika Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.
Millət vəkili bildirib ki, bu gün 28 may, milli qürur mənbəyimiz olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranması günüdür: "1918-ci il mayın 28-də müsəlman şərqində ilk parlamentli respublika, ilk demokratik, hüquqi və dünyəvi dövlət olan Azərbaycan Xalq Cümhuriyyəti yaradıldı, banisi isə siyasətçi və publisist Məmməd Əmin Rəsulzadə idi. Azərbaycan xalqının üç minnillik tarixinin ən şərəfli səhifələrindən birinin yazıldığı 28 may 1918-i ildən 102 il keçir.
28 May İstiqlal günü münasibətilə Azərbaycan xalqının bayramını təbrik edir, başda Məhəmmədin Əmin Rəsulzadə olmaqla istiqlal şəhidlərinin əziz xatirəsini hörmət və ehtiramla anırıq. Respublikamızı quranlara, yaşadanlara, bu yolda qətiyyət, dözüm nümayiş etdirənlərə, ölümsüzlüyə qovuşanlara, qazi olanlara sayqı olaraq Respublika Günümüz mübarək olsun".
A. Süleymanov onu da qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan müstəqil Azərbaycan bu gün dünyanın inkişaf etmiş ölkələri sırasındadır: "Ümummilli liderin müəllifi olduğu Müasir Azərbaycan bu gün etibarlı əllərdədir. Prezident İlham Əliyevin qətiyyətli və cəsarətli siyasəti nəticəsində Azərbaycanda demokratik və hüquqi bir dövlət, hakimiyyət formalaşıb. Azərbaycan Cənubi Qafqazın lider ölkəsi olmaqla yanaşı, dünyada nüfuz sahibidir. Demokratik və milli dəyərləri qoruyub saxlayan Azərbaycan yenilməzdir. Ona görə ki, Azərbaycanda hakimiyyət xalq birliyi, vəhdəti mövcuddur. Xalq öz lideri - İlham Əliyevin ətrafında sıx birləşib. Azərbaycan bütün sahələrdə dünyaya örnək olan bir dövlətdir".
16 Noyabr 13:33
1 351
15 Noyabr 21:25
2 156
15 Noyabr 17:47
1 729