Getmək istəyirsən bəhanəsiz get... Siyasət

Getmək istəyirsən bəhanəsiz get...

Arif Hacılının müavini narazılara qapı göstərdi

"Nəsib Nəsiblinin istefasını ajiotajla təqdim edib faciə düzəldirlər. Bu cür davranış doğru deyil".

Bunu Publika.az-a açıqlamasında Müsavat başqanının müavini Nüşabə Sadıqlı deyib. Onun sözlərinə görə, bütün dövrlərdəki kimi indi də partiyadan gedənlər və gələnlər olacaq: "Seçim insanların özünündür. Qalmaq istəyən qalır, getmək istəyən özü bilər. Narazılar MNTK-nın rəyi ilə razılaşmırlar və bununla bağlı yeni açıqlamalar verəcəklərini deyirlər. Bu insanlar istəmirlərsə, nə etmək olar. Son seçim özlərinindir".
Başqan müavini Müsavatın parçalanacağı fikirləri ilə razı deyil. Onun sözlərinə görə, sadəcə olaraq, 5-10 nəfər gedə bilər.
N. Sadıqlı MNTK-nın keçmiş üzvü Əlövsət Talışxanlını da "partiyanın 50 faizindən çoxu Arif Hacılının legitimliyini tanımır" açıqlamasına görə tənqid edib: "Əlövsət Talışxanlının rəqəminə inanmıram. O, MNTK-da olanda normal işləsəydi, bu rəqəmləri doğru hesablasaydı, problemlər bu qədər qabardılmazdı".