Tramp: ABŞ İrandakı əməliyyatı 70-75% tamamlayıb
15 May 16:37
6 Aprel 2021 11:43
2 352
Moskva və Vaşinqtonun nümayəndələri Donbasdakı vəziyyətlə bağlı təmasda olublar.
APA-nın Moskva müxbirinin xəbərinə görə, bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib.
“ABŞ administrasiyası ilə Donbasla bağlı təmaslarımız oldu. Biz ABŞ tərəfinə baş verənləri ətraflı şəkildə izah etdik. Ukraynanın şərqində Kiyev və onun ABŞ başda olmaqla Qərbdəki havadarları tərəfindən getdikcə daha təxribatçı və çağırışçı siyasi xətt aparıldığı müşahidə olunur. Vaşinqton bu koordinasiya olunmuş siyasətin nəticələrindən narahat olmalıdır. Artıq bu mövzuya qayıtmaq üçün bir səbəb görmürəm”, - deyə Rusiya XİN başçısının müavini vurğulayıb.
Qeyd edək ki, dünən Dövlət Departamentinin nümayəndəsi Vaşinqtonun Ukraynanın şərqindəki vəziyyətlə bağlı Moskva ilə əməkdaşlığa açıq olduğunu söyləyib. Eyni zamanda, onun sözlərinə görə, ABŞ Krımda olduğu kimi Ukrayna ilə sərhəddə də Rusiya qoşunlarının hərəkəti barədə hesabatları etibarlı hesab edir. ABŞ xarici siyasət idarəsinin sözçüsü Rusiyanı vəziyyətin kəskinləşməsinə səbəb ola biləcək hərəkətlərdən çəkinməyə çağırıb.
15 May 19:31
3 129
15 May 17:57
1 351
15 May 16:58
1 267