“Aİ və Azərbaycan çoxsaylı ortaq maraqlara malikdir” Siyasət

“Aİ və Azərbaycan çoxsaylı ortaq maraqlara malikdir”

Avropa Genişləndirmə və Qonşuluq Siyasəti Komissarlığı: ""Şərq tərəfdaşlığı" çərçivəsində əməkdaşlıq sözügedən maraqların reallaşdırılması üçün bir alətdir"

"Avropa İttifaqı və Azərbaycan çoxsaylı ortaq maraqlara malikdir. Enerji təhlükəsizliyi bunlardan yalnız biridir".
Bu barədə Avropa Genişləndirmə və Qonşuluq Siyasəti Komissarı Yohannes Hanın (Joannes Han) sözçüsü Maya Kosicançiç (Maja Kocijancic) APA-ya açıqlamasında bildirilib.
""Şərq tərəfdaşlığı" çərçivəsində əməkdaşlıq sözügedən maraqların reallaşdırılması üçün bir alətdir. Biz konkret dəstək təklif edirik: regional əməkdaşlıq nəzərə alınmazsa, Avropa Qonşuluq Aləti (ENİ) tərəfindən 94 milyon avroya yaxın yardım Azərbaycan üçün 2014-2017-ci illərdə əlçatandır. Azərbaycanla əməkdaşlığın əsas məqsədi Azərbaycanın müasirləşmə, regional inkişaf, təhsil və ədliyyə sahələrində öz yolunu dəstəkləməkdir", - deyə M. Kosicançiç vurğulayıb.
O əlavə edib ki, Y. Han Riqada keçiriləcək "Şərq tərəfdaşlığı sammitindən öncə Azərbaycana səfər etməyi planlaşdırır.
"Böyük ehtimal ki, bu səfər apreldə baş tutacaq. Lakin dəqiq tarix hələ müəyyənləşməyib", - deyə sözçü bildirib.