Qüdrət Həsənquliyev Xətai rayonunda seçiciləri ilə görüş keçirib
15 Noyabr 13:58
15 Noyabr 13:58
14 Noyabr 16:16
14 Noyabr 14:16
8 İyun 2021 12:01
2 359
“Arif Hacılı düşmənlə sinxron çalışır”.
APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Sahib Alıyev deyib.
Deputat bildirib ki, Müsavat başqanı iyunun 4-də jurnalistlərin minaya düşməsinə görə Ermənistan rəhbərliyini günahlandırmır: “Minsk Qrupunun həmsədrləri minalanmış ərazilərin xəritələrini Azərbaycana verməsi üçün Ermənistana təzyiq göstərməlidir. Əksinə, həmsədr Fransa Azərbaycan keçən hərbi diversantları da hərbi əsir adlandırır. Arif Hacılı da həmin çevrələrə yarınır. Son vaxta qədər heç kəs Əli Kərimliylə Cəmil Həsənli qədər aşağı düşməmişdi. Arif Hacılı göstərdi ki, siyasətdə dibin dibi də varmış”.
Deputat Bəhruz Məhərrəmov isə qeyd edib ki, Azərbaycan dövlətini vətəndaşları minalanmış ərazilərə buraxmamaqda günahlandırırlar.
Onun sözlərinə görə, beynəlxalq təcrübədə də milli təhlükəsizlik, ərazi bütövlüyü kimi halların müdafiəsi naminə bəzi azadlıqların məhdudlaşdırılması normaldır: “Təklif edirəm ki, bu partiya rəhbəri hüquqi yollara baş vursun. Bunu edə bilməz. Yerli məhkəmələr bir yana, beynəlxalq məhkəmələrdən də onlara gələcək cavab bəllidir. Sadəcə xalqın hissləri ilə oynayırlar”.
16 Noyabr 13:33
1 407
15 Noyabr 21:25
2 212
15 Noyabr 17:47
1 785