“Maydanın könüllü həkimləri”ndən şok iddia Dünya

“Maydanın könüllü həkimləri”ndən şok iddia

"Kiyevdə iğtişaşlar zamanı 780 nəfər ölüb"

"Maydanın könüllü həkimləri" təşkilatı Ukrayna hakimiyyətinin Kiyevdəki iğtişaşlar zamanı ölənlərin həqiqi sayının qəsdən gizlətdiyini iddia edir.
APA-nın "İnterfaks"a istinadən verdiyi xəbərə görə, Ukrayna Səhiyyə Nazirliyinin rəsmi məlumatına görə, 2013-cü ilin noyabr ayından 2014-cü ilin fevralınadək Maydanda 104 nəfər həlak olub. Onların çoxu 18-20 fevral tarixlərində silahlı qarşıdurma nəticəsində ölüb.
Həkimlər iddia edirlər ki, Kiyevin Müstəqillik meydanında və digər hissələrində iğtişaşlar zamanı həlak olanların sayı 780 nəfər təşkil edir. Bu barədə jurnalistlərə Kiyevdə volontyor həkim Anastasiya Polişuk bildirib.
Onun sözlərinə görə, qeyd olunan rəqəmə, həmçinin, 20-dək həlak olan milis əməkdaşları, "Berkut" xüsusi təyinatlıları və hökumətin açıqladığı 104 nəfər daxildir.