ABŞ planı: türkmanlar vurulacaq Dünya

ABŞ planı: türkmanlar vurulacaq

Türkiyəni Mosul əməliyyatından kənarda saxlamaq istəyən ABŞ həm PKK, həm də şiə qruplaşmaların dəstəyi ilə təhlükəli oyuna hazırlaşır.
Suriyanın şimalına İŞİD bəhanəsi ilə PKK-nı yerləşdirən Ağ Ev eyni taktikanı İraqda da tətbiq etmək niyyətindədir. Əhalinin böyük əksəriyyəti sünni ərəb, türkman və kürdlərdən ibarət Mosulu İŞİD-dən "azad etməyə" hazırlaşan Pentaqon şəhərin müdafiəsini şiə və kürdlərdən təşkil edəcək.
Bununla bağlı ABŞ hərbçilərinin PKK və şiə qruplaşmalara ötürdüyü əməliyyat planının detalları məlum olub. Plana əsasən, Mosulda İŞİD-lə mübarizə aparmaq üçün Türkiyənin Başika düşərgəsində təlim keçdiyi Haşdi Vətən qüvvələri yox, bölgədə məzhəbçiliklə ad çıxarmış Haşdi Şabi qüvvələrindən istifadə ediləcək.
İraq ordusunun tərkibində əməliyyatda iştirak edəcək 25 min şiə qüvvəsi ilə bərabər, 3500-ə yaxın PKK terrorçusu da əməliyyata qoşulacaq.
Sayı 4-5 min təxmin edilən İŞİD silahlıları 3 həftəlik hərbi əməliyyatlardan sonra Mosuldan növbəti türkman şəhərinə - Təlafərə qovulacaq. Daha sonra Mosul şiə qüvvələrin və PKK üzvlərinin nəzarətinə veriləcək.
İŞİD-in qaçdığı Təlafər ABŞ və koalisiya qüvvələri tərəfindən bombardman ediləcək. 450 min türkmanın yaşadığı bu şəhərdə mülki vətəndaşlar arasında ciddi itkilərin olacağı istisna edilmir.