Rusiyada hərbi hissədə partlayış Dünya

Rusiyada hərbi hissədə partlayış

İndiyədək hərbi hissədə 10 nəfərin cəsədi tapılıb

Rusiyanın Baykalətrafı bölgəsində yerləşən hərbi hissənin ərazisində 10 nəfərin cəsədi tapılıb. APA-nın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, meyitlər yanmış yük maşınında olub.
Rusiya Müdafiə Nazirlyinin mətbuat xidmətinin rəisi İqor Konaşenkov bildirib ki, insanlarla dolu maşın partlayış baş verən an həmin ərazidə olub. Onun sözlərinə görə, maşın ərazidən uzaqlaşmağa çalışsa da, bu, mümkün olmayıb.
Qeyd edək ki, hərbi hissədə partlayışlarla müşahidə olunan güclü yanğın nəticəsində ətraf ərazidən 2000 nəfər təxliyə edilib. Onların arasında 700 nəfər uşaq var.
Hərbi hissədə 20-dək partlayış baş verdiyi bildirilir.