Ərdoğan planı işə düşdü: Türkiyə qərar verdi Dünya

Ərdoğan planı işə düşdü: Türkiyə qərar verdi

Türkiyə parlamenti hakim AKP-nin konstitusiyaya dəyişiklik edilməsi ilə bağlı təkliflər paketini qəbul edib.
Anadolu agentliyi xəbər verir ki, keçirilən gizli səsvermədə iştirak edən 480 millət vəkilindən 338-i dəyişikliyin lehinə səs verib.
134 deputat konstitusiyaya dəyişikliyin əleyhinə çıxıb. 2 nəfər bitərəf qalıb, 5 nəfər səs verməyib. 1 millət vəkilinin səsi isə etibarsız sayılıb.
Qeyd edək ki, bununla da Türkiyədə referendumun keçiriləcəyi rəsmiləşib. Ümumxalq səsverməsinin 2017-ci ilin yazında keçiriləcəyi gözlənilir.
Konstitusiyaya əsas dəyişiklik Türkiyənin parlament sistemindən prezident idarəetmə sisteminə keçidini nəzərdə tutur.