Baş nazir dispora təşkilatlarına yalvardı Dünya

Baş nazir dispora təşkilatlarına yalvardı

Ermənistanın baş naziri Karen Karapetyan bütün dünya boyunca erməni millətindən olan peşəkarları Ermənistana köçərək rəsmi Yerevanın vəd etdiyi geniş iqtidsadi islahatların həyata keçirilməsinə dəstək verməyə çağırıb.
Özünün Facebook səhifəsindən ingilis, fransız, rus və ispan dillərində yazdığı çağırışda Karapetyan bildirir ki, soydaşların dəstəyinə xüsusən də biznes mədəniyyəti və iş etikası sahəsində ehtiyac var.
"Biz diasporadan olan menecerləri, habelə mədəniyyət xadimlərini, beynəlxalq miqyasda tanınan maarifçiləri, alimləri…pan-erməni məqsədlərə nail olunması üçün dəvət edirik" – yazıb Karapetyan.
Baş nazir yazır ki, Ermənistan diasporanın köməyi ilə bütün dünyada tanınmış təcrübələri cəlb edə bilər.
Bununla belə Karapetyan soydaşlara rəsmi hökumət vəzifələrinin təklif edilib-edilmədiyini dəqiqləşdirməyib.
Bundan əvvəl, ötən ilin dekabrında Karapetyan Suriyadan Ermənistana gəlmiş ermənilərə müraciət etmişdi.
O Suriya ermənilərinin "əcdadların torpaqlarında" məskunlaşmaları üçün əlindən gələni əsirgəməyəcəyini vəd edirdi.
Bundan əvvəl bir sıra xəbər agentlikləri, o cümlədən BBC Suriya ermənilərinin Azərbaycanın işğal olunmuş ərazilərdə yerləşdirildiyini xəbər vermişdi.
Azatutyun yazır ki, bundan əvvəl erməni diasporasının Ermənistanın iqtisadi həyatında iştirakına iqtisadi imkanların çatışmaması və korrupsiya mane olub.
Ermənistan mediası xəbər verir ki, Karapetyanın elan etdiyi islahat tədbirləri parlament tərəfindən hələ ötən oktyabrda qəbul edilib.
Azatutyun yazır ki, Ermənistan müxalifəti belə çağırışlara inamsızlıqla yanaşır.
Müxalifət bildirir ki, rəsmi Yerevanın hazırkı addımları hakim Respublikaçı Partiyanın seçki təbliğatına kömək edir.