Gürcüstanda sabahdan ümumi karantin rejimi başlayır, komendant saatı tətbiq olunacaq Dünya

Gürcüstanda sabahdan ümumi karantin rejimi başlayır, komendant saatı tətbiq olunacaq

Sabahdan Gürcüstanda ümumi karantin elan ediləcək.
APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Baş nazir Giorgi Qaxariya bu gün keçirdiyi brifinqdə bildirib.
Baş nazir qeyd edib ki, karantin səhər saat 8-dən etibarən tətbiq ediləcək.
Qərara əsasən, qatarların, metro və digər ictimai nəqliyyatın hərəkəti dayandırılacaq.
Baş nazir qeyd edib ki, ümumi karantin rejiminin tətbiq edilməsindən sonra saat 21:00-dan 06:00-dək piyadaların hərəkəti qadağan ediləcək.
Bunda başqa, ictimai yerlərdə insanların bir-birinə 2 metrdən daha yaxın məsafədə dayanması, apteklər və ərzaq mağazaları istisna olmaqla, 3-dən artıq şəxsin bir yerə toplaşmasına icazə verilməyəcək.